525.Az

İŞİD-in yaratdığı böhran Türkiyə və İrana da sıçraya bilər”


 

İŞİD-in yaratdığı böhran Türkiyə və İrana da sıçraya bilər”<b style="color:red"></b> ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton “CBC” telekanalının “The National” verilişinə müsahibəsində “İraq Şam İslam Dövləti” təşkilatının İraqda yaratdığı vəziyyətdən danışıb.
 
Lent.az-ın Anadolu Agentliyinə istinadən məlumatına görə, o, deyib ki, ölkənin baş naziri Nuri əl-Malikinin görəcəyi işləri, İraq ordusunu idarə edənləri və bu olaylara başqa kimlərin daxil olduğunu bilmədən ABŞ İraqı dəstəkləməyəcək.
 
H.Klinton İraqın əsil probleminin əl-Maliki olduğunu və ondan ABŞ-ın heç məmnun olmadığını söyləyib. Keçmiş dövlət katibi deyib ki, “İŞİD”-in yaratdığı böhran “İran və Türkiyəyə də sıçraya bilər”.
 
 
H.Klinton ABŞ prezidentliyinə namizəd olması üçün təzyiqlər altında olduğunu və bunun ona təsir etdiyini də bildirib. Onun sözlərinə görə, namizəd olması üçün ona ən çox qadınlar basqı edir.
 





18.06.2014    çap et  çap et