525.Az

Yüngül silah satışı üzrə İsrail Rusiyanı üstələyib


 

Yüngül silah satışı üzrə İsrail Rusiyanı üstələyib<b style="color:red"></b> BMT dünya bazarında yüngül silah və onların sursatı haqda illik hesabat yayıb.

Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, hesabatda döyüş, idman, ov silahları. Eləcə də qumbara, qumbaraatan, çiyin raket qurğularının satışı haqda informasiya yer alıb.

Hesabata əsasən, 2011-ci ildə yüngül silahların illik dövriyyəsi 4,6 milyard dollar olub. Bu 2001-ci ildəkindən iki dəfə çoxdur.

Yüngül silah ixracatçıları arasında Çin, Türkiyə və Çexiyanın da adları var. Əvvəllər onların adı bu sayaq siyahıda hallanmırdı.

İsveç isə belə silah növünün ixracını azaldıb.

BMT-nin reytinq siyahısına əsasən, ən çox yüngül silah satan (illik dövriyyəsi 917 milyon dollardır) ABŞ-dır. İkinci yerdə İtaliya (499 milyon dollar), üçüncü Almaniya (460 milyon dollar), dördüncü Avstriya (340 milyon), beşinci Braziliya (289 milyon), altıncı yerdə isə İsveçrədir (191 milyon).
 
Bu siyahıda 7-ci yerdə İsraildir (161 milyon dollar). İsraildə istehsal olunan yüngül silahları ən çox alan ölkələr bunlar olub: ABŞ, Avstriya, Avstraliya və Tailand. Daha bir əsas alıcısının adını İsrail açıqlamayıb.

Bu göstərici ilə yəhudi dövləti Rusiyanı üstələyib. 2011-ci ildə Rusiya 142 milyon dollarlıq yüngül silah satıb.
Rusiya istehsalı olan məhsulun əsas alıcısı isə ABŞ, Almaniya, yunan Kipri, Fransa və Braziliya olub.

Hesabat əsasən, onluğun sonuncu iki yerini Cənubi Koreya (127 milyon), Belçika (116 milyon dollar) tutur.

2011-ci ildə İsrail 60 milyon dollarlıq yüngül silah alıb. Onun əsas tədarükçüsü ABŞ, İtaliya, Hindistan, Braziliya və Cənub Koreya olub.

Hesabat ilin İordaniya 46 milyon dollarlıq, Livan 24 milyonluq, Səudiyyə Ərəbistanı isə 31 milyon dollarlıq yüngül silah satın alıb.

Rusiya isə 2011-ci ildə yüngül silaha 64 milyon dollar xərcləyib.

Hesabat müəllifləri bildirib ki, əsas münaqişə bölgələrində  (Fil Dişi Sahilləri, Liviya, Somali, Cənubi Sudan, Sudan, Suriya) istifadə edilən sursatlar Çin, Rusiya və İran istehsalıdır.
 





18.06.2014    çap et  çap et