525.Az

İŞİD daha 60 nəfəri əsir götürüb


 

İŞİD daha 60 nəfəri əsir götürüb<b style="color:red"></b>

Əsir götürülənlərdən 20 nəfərə yaxını Türkiyə vətəndaşıdır

Lent.az-ın məlumatına görə, bu barədə əməkdaşımız Səbuhi Məmmədli xəbər verir. Əməkdaşımızın dediyinə görə, onlarla sürücü İraqın məhz bu ərazilərindən daha da irəli getməyə qorxurlar. Səbəb İŞİD-in nəzarət etdiyi bölgələrdə törətdiyi əməllərdir.

Türkiyə ilə İraq arasındakı sərhəd məntəqəsində yük maşınlarından ibarət ucu-bucağı görünməyə növbələr yaranıb. İraqın sərhədyanı Duhok və Zaho şəhərlərində isə yollar TIR-larla doludur.

Hazırda Duhok, Zaho və ümumilikdə İraqın İbrahim Xəlil keçid məntəqəsində azı 2 min TIR var: “İndicə xəbər gəldi ki, İŞİD Bağdad-Kərkük yolu üstündə hərəkət edən avtobusları dayandırıb. Həmin avtobusda olan və İraqda fəhlə kimi çalışan 60 nəfəri əsir götürüb. Əsir götürülənlərdən 20 nəfərə yaxını Türkiyə vətəndaşıdır.

Onların hara aparıldığı bəlli deyil. Məlumata görə, fəhlələr İraqdakı vəziyyətin gərginləşməsi səbəbindən öz evlərinə qayıdırmış”.

 





18.06.2014    çap et  çap et