525.Az

“Bakı-Bağdad reysi? Bunu kim deyir?”


 

“Bakı-Bağdad reysi? Bunu kim deyir?”<b style="color:red"></b>

“Bakı-Bağdad reyslərinin açılması ümumiyyətlə, heç vaxt gündəmdə olmayıb”.

Bunu Modern.az-a açıqlamasında “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) xidmət rəisi Məhərrəm Səfərli bildirib.

“Hazırda da belə bir şey nəzərdə tutulmayıb. İraqa uçmaq istəyənlərin əksəriyyəti İstanbula gedərək, oradan səfər edirlər. Onların sayı haqqında isə heç bir məlumatımız yoxdur”.

Qeyd edək ki, bir müddət əvvəl İraqın Azərbaycandakı səfiri Heydər Şiyə Əl-Barrak Bakı-Bağdad reysinin açılacağını, hətta bu məsələ ilə bağlı danışıqların yekunlaşdığını bildirib. Səfir hətta İraq vətəndaşlarına Bakıda Heydər Əliyev hava limanında vizaların verilməsi məsələsini xırda bir problem də adlandırıb. Səfir vurğulayıb ki, reyslər həftədə dörd dəfə olacaq və artıq biletlərin qiyməti belə müəyyənləşdirilib.
AZAL isə səfirin dediklərindən xəbərsiz olduğunu bildirir...

 





18.06.2014    çap et  çap et