525.Az

Suriyadan qaçan ermənilər Azərbaycanda yerləşdirilir


 

Suriyadan qaçan ermənilər Azərbaycanda yerləşdirilir<b style="color:red"></b>

Təkcə Laçın rayonunda 20 erməni ailəsi məskunlaşdırılıb

Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olan Azərbaycanın Laçın rayonu ərazisində Suriyadan gəlmiş erməni ailələri məskunlaşdırılıb.

APA-nın Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, ümumilikdə bu günədək Laçında Suriyadan gəlmiş 20 erməni ailəsinin məskunlaşdırıldığı bildirilir. Onlara 5 milyon dram məbləğində yardım edilib. Bundan başqa, erməni ailələrinə ərzaq yardımının ediləcəyi də bildirilir.

Suriyadan gələn ermənilərin digər rayonların ərazilərində yerləşdirildiyi bildirilsə də, onların ümumi sayı açıqlanmayıb.

 





27.10.2012    çap et  çap et