525.Az

İŞİD bütün yolları bağladı: Kərkükdə vəziyyət təhlükəlidir


 

İŞİD bütün yolları bağladı: Kərkükdə vəziyyət təhlükəlidir<b style="color:red"></b> “İraq Şam İslam Dövləti” yaraqlılarının hücumu davam edir.
 
Lent.az-ın İraqdakı əməkdaşı Səbuhi Məmmədlinin verdiyi məlumata görə, İŞID qüvvələri İraqın paytaxtı ilə şimalı birləşdirən  Süleymaniyyə, Ərbil, Kərkük yollarını tam nəzarətə götürüb.
 
Məlumata əsasən, bu yollar bağlandığından Türkiyə ilə gediş-gəliş də mümkün deyil.
 
Türkmənlərin yaşadığı Bəşir, Çardaxlı, Hümmətli, Turmacı kəndlərini də İŞİD yaraqlıları ələ keçirib. Əməkdaşımızın məlumatına əsasən, yaraqlılar  Kərkük şəhərinə yaxınlaşır.
 
İŞİD-dəki adı çəkilməyən çeçen komandir bildirib ki, onlar iki günə Ərbilə hücuma keçəcəklər. Ona görə də kürd silahlıları, peşmərgələr Ərbilin müdafiəsi üçün Kərkükdən  çıxıblar. Başqa sözlə türkmən kəndləri və Kərkük müdafiəsiz qalıb.
 
Bağdaddan 210 km şimalda Bəyci şəhərindəki İraqın ən neft-emalı zavodunu da İŞİD qüvvələri ələ keçirib. Qeyd edək ki, bu zavodun rəhbərliyi ötən gün işlərin dayandırılması haqda qərar çıxarıb. Oradan çoxlu sayda əcnəbi işçi əsir götürülüb.
 





18.06.2014    çap et  çap et