525.Az

“Avtomobillərin satışlarının azalması sığorta şirkətlərinin gəlirlərinə mənfi təsir edib”


 

“Avtomobillərin satışlarının azalması sığorta şirkətlərinin gəlirlərinə mənfi təsir edib”<b style="color:red"></b>

Avtomobil satışlarının azalması sığorta şirkətlərinin gəlirlərinə mənfi təsir göstərib.

“APA-Economics”in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib.
 
Onun sözlərinə görə, bununla bağlı hazırda müvafiq qiymətləndirmələr davam edir: “Avtomobil satışlarının azalması şübhəsiz ki, sığorta şirkətlərinin gəlirlərinə mənfi təsir göstərib. Bu isə öz növbəsində bütövlükdə sığorta bazarına təsirsiz ötüşməyə bilməz. Amma təsirin miqyasını indidən hər hansı bir rəqəmlərlə göstərmək tezdir”.

 





19.06.2014    çap et  çap et