525.Az

Qubada Abbasqulu ağa Bakıxanovun yubileyi keçiriləcək


 

Qubada Abbasqulu ağa Bakıxanovun yubileyi keçiriləcək<b style="color:red"></b> Qubanın Yaşıl Teatrında yazıçı, alim və ictimai xadim Abbasqulu ağa Bakıxanovun 220 illik yubileyi qeyd olunacaq.

Mədəniyyət və turizm nazirliyindən Lent.az-a verilən məlumata görə, sabah saat 12.00-da keçiriləcək yubiley tədbirində bir çox tanınmış elm və mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri  iştirak edəcək.
 
A.Bakıxanov 1794-cü il iyunun 21-də Bakı yaxınlığında Əmircan kəndində anadan olub. Atası II Mirzə Məhəmməd xan Bakı xanları nəslindən idi. A.Bakıxanov "Qanuni-Qüdsi", "Əsrarül-mələküt", "Təhzibül-əxlaq", "Eynül-mizan", "Gülüstani-İrəm" kimi əsərləri ilə böyük şöhrət qazanıb.
 
A.Bakıxanov 1947-ci ildə Məkkə şəhərində vəba xəstəliyindən vəfat edib.
 





19.06.2014    çap et  çap et