525.Az

Arxasıza arxa duran adam


 

Arxasıza arxa duran adam<b style="color:red"></b>

Sonuncu görüşümüzdən heç qırx gün keçməyib. O gün Səiddən xahiş etdim ki, son kitabını mənə çatdırsın, Ağa haqqında ürəyimdə sözüm çoxdur. Onları tamamlamaq Ağanın bütün yaradıcılığını qismən olsa təhlil etməklə irihəcmli bir yazı hazırlamaq istəyirdim... Səid axırıncı, "Yaradan axtarışında" kitabını mənə çatdırdı, ancaq Ağa haqqında sağlığında yazmaq mənə qismət olmadı. Dedilər təkrar xəstəxanaya düşüb. Zəng çaldım. Səid reanimasiyada olduğunu bildirdi. Səhər saat 10-da haqqa qovuşduğunu eşitdim. Hacı Əhməd zəng vurmuşdu. Torpağa tapşırılmağına çatdırmadım...

... Mirəziz Ağa çox mərhəmətli adam idi. Mən onu belə tanımışam. Ədliyyə Nazirliyində "Qanunçuluq" jurnalında böyük redaktor işləyirdim. Ağa ilə tez-tez müxtəlif tədbirlərdə görüşür, tez-tez zəngləşirdik. Jurnalistlər yazıçılar ittifaqlarında keçirilən tədbirlərdə çox vaxt yanaşı əyləşirdik.

Bir gün telefon açmışdı. 

- Sənə bir qadın zəng vuracaq, ona kömək et. Yetim olublar, atam onlara kömək edib, indi mənə pənah gətiriblər, mən sənə deyirəm. Bir qədər sonra qadın zəng vurdu. Müdafiə Nazirliyinin hərbi hissələrinin birində çalışırdı. Günahsız yerə işdən çıxarılacağını yetimdar olduğunu dedi. Nazir müavini dostum idi. Zəng edib xahiş etdim. Araşdırarıq dedi. Bir qədər sonra zəng vurub eyni maaşla başqa işlə təmin olunacağını xəbər verdi.

Ertəsi gün Ağa təkrar zəng vurdu ki, xanımın haqqı bərpa olmayıb, təkidlə məsələyə təkrar müdaxilə etməyimi, problemin ədalətli həllinə çalışmağımı xahiş etdi.

Şikayətçi ilə görüşməli oldum. Ağa ilə heç bir qohumluq əlaqəsinin olmadığını həqiqətən yetim yetimdar olduğunu öyrəndim məsələni çox çətinliklə olsa həll edə bildim.

Ağa zəng vurub təşəkkür etməklə həmişə haqqı pozulanlara yardımçı olmağı tövsiyə etdi.

Mirəziz Ağa arxasıza dayaq olan xeyirxah insanlardan idi, aramızdan getdi. Neçə - neçə, arxasızı yetim qoydu.

Mirəziz Ağa cəmiyyətdə yüksək nüfuza malik şəxsiyyət, böyük ağsaqqal idi.

Orta məktəbdə oxuduğum illərdən ağsaqqal dostlarım olub. Ağsaqqal dostlarımdan biri 18 il Ali Məhkəmənin sədri olmuş Hacı Abdulla İbrahimov olmuşdu. Seyid olduğundan ona həmişə Ağa deyə müraciət edərdim. 1921-ci ildən idi. Hər ikimizin atası yaşında idi. 82 yaşında vəfat etmişdi. O yaşda hər gün 70 rükət namaz qılardı. Mirəziz Ağaya xüsusi rəğbəti məhəbbəti vardı. Atası yaşında olsa da Mirəziz ağanı görəndə ayağa qalxardı. Mirəziz Ağaya "Quran" oxutdurmağı xoşlayardı. Tale elə gətirib ki, Hacı Abdulla haqqında Xatirə kitabını tərtib redaktə etmək bu sətirlərin müəllifinə qismət olub.

Ömrünün son illərində Hacı Abdulla ilə tez-tez görüşər çox vaxt məclislərə bir yerdə gedərdik. Həmişə Mirəziz Ağa haqqında xoş söz söyləyər onun böyük din xadimi yaxşı insan, əsl Seyid olmasını qeyd edər ona Həcc ziyarətinin qismət olmasının səbəbkarı olduğunu deməklə heç vaxt onun yaxşılığını unutmayacağını daima ona minnətdar olacağını bildirərdi. Mirəziz Ağa da həmişə onun qulluğunda durardı. Heç vaxt rüşvət almayan Hacı Abdulla çox pak adam idi. Mirəziz Ağa onu müəllim kimi işə qəbul etmiş onun günlərində evindən məktəbə aparar geri gətirərmiş. Əlbətdə Hacı Mir Abdulla çox vaxt buna etiraz etsə Mirəziz Ağa həmişə onun xidmətində olmağa səy edərdi.

Mirəziz Ağanın çox gözəlQuranoxumağı vardı... Bu yerdə Mirəziz Ağanın "Ölməz şəxsiyyət" yazısından bir iqtibas gətirmək istərdim. "Baxmayaraq həmişə bir yerdə olardıq məclisdə onun "iştahası" gələndə mütləq mənəQuranoxutdurardı. Bəzən "Quran" oxuyarkən ya oxuyandan sonra ona nəzər salandaQurana olan məhəbbətin çoxluğundan göz yaşlarının ixtiyarsız axdığını görərdim. Bu onun daxilindən gələrdi. Mən "Quran" oxuyanda Hacı Abdulla sanki dünyadan təcrid olardı, ətrafındakıları görməzdi onun ağlamağı yetim uşaqların sızıltısına bənzəyirdi. Oxuyub qurtarandan sonra, əgər yaxında olsaydım, qucaqlayardı, uzaqda olsaydım durub təzim eləyər bir neçə dəfə təşəkkür edərdi. Sonra onun həmişə təkrar etdiyi sözləri eşidərdim. Xəcalət çəksəm susmaq məcburiyyətində idim. Təkrar-təkrar deyərdi, nəinki Azərbaycanda heç  Ərəbistanda da sənin kimiQuranoxuyan yoxdur". Bu Hacı Abdullanın Ağaya AğanınQuranoxumağına verdiyi qiymət idi. Deyim ki, Hacı Abdulla, daxili işlər nazirinin müavini, Bakı Şəhər Prokuroru, Ali Məhkəmənin sədri işlədiyi dövrdə sonralar da özündən vəzifəcə böyük adamların belə qarşısında heç vaxt baş əyməmiş həmişə işində düz olduğundan sözün düzünü adamın üzünə dediyindən, yüksək hörmət sahibi olmuşdu. O, hər adamı tərifləməz tərifləməyi sevməzdi. Mirəziz Ağa onunçün istisna idi.

Ağanın dünyasını dəyişməsini üç gün sonra eşidən muğam ustası, Xalq artisti Canəli Əkbərov mənə zəng çalıb dəfn mərasimində iştirak edə bilmədiyinə görə heyfsləndiyini bildirdikdən sonra mənə başsağlığı verib - "Səninlə daha yaxın idi, ancaq mənim ona borcum çoxdur övladlarımın ikisinin kəbinini evimizdə kəsib, nəvəmin toyunda iştirak etməklə xeyir dua verib. Kitablarını öz imzasıyla mənə bağışlayıb bizimçün böyük itkidir" - deyə Ağaya Allahdan rəhmət diləmişdi.

Ötən əsrin ən böyük jurnalistlərindən biri partiya-dövlət ictimai xadim, böyük din xadimlərinin nəslindən olan, “Qurani-Kərimin tərcümə olunub Azərbaycan dilində ilk dəfə kütləvi nəşrinin təşkilatçısı, mənim böyük müəllimim Rəşid Mahmudov Ağanın xətrini çox istəyirdi. Ağa da Rəşid müəllim dünyadan köçəndə onun 40 mərasimində iştirak etməklə məclisini aparmış, "Kəlam"ın 40- nömrəsində Rəşid Mahmudovun xatirəsinə yazılmış dörd yazı vermiş 200 nüsxəsini mərasim iştirakçıları üçün ehsan olaraq gətirmişdi. Bu səfərdə ikimiz eyni maşında İsmayıllıya mərasimə getmiş yolboyu Ağa ibrətamiz söhbətləriylə yolumuza körpü salmışdı.

Ağanın vəfatını eşidən "Xalq qəzeti"nin kollektivi mənə zəng edərək başsağlığı vermiş Ağaya rəhmət diləmişlər.

"Xalq qəzeti"nin adını çəkdim, burada bir məsələni qeyd etməyə bilmərəm. 90- illərin əvəllərində qəzetin adı "Kommunist" olanda 20 Yanvar hadisəsindən sonra "Kommunist" sözü insanlarda ikrah hissi oyadırdı. Qəzetin kollektivi qəzetin adını dəyişmək "Xalq qəzeti" adlandırmaq qərarına gəlmişdi. kollektiv bu adla çıxan qəzetə Şeyx Hacı Allahşükür Paşazadə həzrətlərindən xeyir dua istəmiş, Şeyx həzrətləri isə Mirəziz Ağanın Seyyid olması, dini məsələlərin gözəl bilicisi,  jurnalistikaya meyilli olmasıyla bağlı xeyir-dua vermək üçün onu məsləhət bilmişdi.  "Xalq qəzeti" ilk xeyir-dua verən   qəzetin ilk saylarında islam - islam əxlaqı, Allah-bəndə münasibətləri ilə bağlı "cümə görüşləri" rubrikası altında silsilə yazılarla məhz Mirəziz Ağa çıxış etmiş, qəzet cəmiyyət tərəfindən yaxşı qəbul olunmuşdu. Əfsuslar olsun ki, sonralar bu ənənə davam etdirilməmişdi. Qəzetin əməkdaşları indi Ağanın o vaxtkı zəhmətlərini böyük ehtiramla xatırlayır ona rəhmət diləyirlər.

Ağanın İranda böyük hörmətə malik olduğunu bilirdim, özü isə mənə demişdi ki, onun Türkiyədə yaxşı dostları var. Ağanın vəfatından bir həftə sonra Türkiyədə Ağanın anıldığı vəfatı ilə əlaqədar ehsan verildiyini mətbuatda oxuyarkən xeyli mütəəssir oldum.

Son otuz ildə demək olar ki, həmişə Ağa ilə bir yerdə olmuşuq. Ağanın elmi dərəcə almaq üçün müdafiəsi ərəfəsində tez-tez görüşürdük. Müdafiə günündə Akademiyaya ilk gələnlərdən biri mən idim. Nədənsə ürəyimə dammışdı ki, burda Ağanı istəməyənlər ola bilər, baxmayaraq ki, Ağa hamıya qarşı xeyirxah, mehriban mərhəmətli idi.

Salonda jurnalist həmkarlarımla gəzişməklə qulağım bir yerdə dayanıb söhbət edənlərdə idi. birdən Akademiyada hansısa institutda fəlsəfə sahəsində çalışan iki nəfərin Ağa haqqında xoş söz demədiklərini duydum  müdafiə başlananda onların arxasında oturdum Mirəziz Ağa nitqini bitirib bir neçə nəfərin suallarına cavab verdikdən sonra həyəcanlı olduğu anda, bunlardan biri qəflətən ayağa durub Ağaya sual verdi. Sual yadımda qalmayıb, ancaq cavabı bir qədər qəliz izah tələb edən idi. Mirəziz Ağa cavab verməyə hazırlaşan anda Şeyx Həzrətləri ayağa qalxaraq "Quran" ayəsi ilə sualın cavabını verdi. Ayə əmr şəklində elə qəti idi ki, artıq izah tələb etmirdi. Şeyx Həzrətləri ayəni dedikdən sonra - "Mirəziz çox savadlı din xadimi Quranın yaxşı bilicisidir. Mənə elə gəlir ki, daha sualı olan yoxdur", - deyib məsələni yekunlaşdırdı. Müdafiə edənə - Mirəziz Ağaya bu sualı vermək istəyənlərə alim deməyə dilim gəlmir - bu bidətlərin məqsədi heç sualın cavabını öyrənmək deyil, sadəcə din xadimini pərt etmək onun hazırlıqsız olduğunu oturanlara göstərmək məqsədi daşıyırdı. O da alınmadı, Şeyx Həzrətlərinin cavabından sonra suyu süzülmüş cücəyə dönmüşdülər. Şeyx Həzrətləri məsələyə müdaxilə etməsəydi belə Mirəziz Ağa onların cavabını verərdi. Ancaq məsələ bir qədər uzanacaqdı.

... Ağa uşaq kimi saf idi. Həmişə Ağanın üzündə bir məsumluq görürdüm. Ad günü ərəfəsində, səhv etmirəmsə yanvar ayının sonları idi, Ağanı yuxuda görmüşdüm. Evimizdə, süfrə arxasında oturmuşdu, sağında "Xalq qəzeti"inin redaktor müavini Hacı Qüdrət, solunda qəzetin əməkdaşı İsaq Əmənullayev əyləşmişdilər. Günorta namazı ərəfəsində Ağaya zəng vurdum. Yuxuda gördüyümü ona danışıb vaxt təyin edib bizə gəlməsini xahiş etdim kimlərin olacağını da irəlicədən ona bildirdim. Cümə gününü vaxt təyin etdik. Cümə günü bizimlə birgə Təzə Pirdə namaz qılanların ikisini özümüzlə götürərək evə gəldik Mirəziz Ağa ilə birgə evimizdə yuxuda gördüyüm qaydada masa ətrafında əyləşərək bir süfrədə çörək kəsmək bizə nəsib oldu. Ağa gözəl söhbətləri ilə məclisimizə rövnəq verib gəlişi ilə evimizin bərəkətini artırdı.

Ağanın vaxtsa sözümü çevirdiyi yadıma gəlmir, demişəmsə edib. O, da mənə deyibsə, baxaram deməmişəm, icra etmişəm. Münasibətlərimiz belə olub. Arabir "Kəlam" jurnalına yazılar vermişəm, heç bir irihəcmli yazıma əl vurmayıb, ixtisar etməyib, olduğu kimi çap edib.

Dünyasını dəyişməzdən bir qədər əvvəl olan görüşümüzdə çox da böyük sayılmayan qoruna biləcəyim bir günahdan qorunmamışdım. Heç beynimdən çıxmırdı. Ağaya danışdım, üzü məsum bir hal aldı: - Gərək qorunaydın, dedi. Sanki o günahı mən yox, o, etmişdi. Mənim bildiyimə görə, Mirəziz Ağa heç vaxt haqqı nahaqqa verməyib bir çox hallarda Seyid olmasından istifadə edərək başqa din xadimlərinin deyə bilmədiklərini deyib, bu da bir sıra hallarda çoxlarının xoşuna gəlmədiyi üçün Ağa üçün problemlər yaratmağa çalışıblar. Ona görə Ağanın həyatı daim mübarizə içində keçmişdir.

Özlərini peyğəmbər, Allahdan vergi verilmiş şəxs adlandıran neçə-neçə fırıldaqçının ifşa olunmasında, müxtəlif televiziya kanallarında keçirilən teledebatlarda dinimiz milli ənənələrimizlə bağlı keçirilən verilişlərdə sinəsini həmişə qabağa verib. Müxtəlif qəzet səhifələrində dinimizə qara yaxmaq istəyənlərə ilk cavab verənlərdən biri, bir çoxunu nəzmi-həcvi ilə ifşa edib ona yerini göstərən məhz Mirəziz Ağa olub.

Mənə məlumdur ki, daha doğrusu, Ağanın özündən eşitmişəm, onların evlərinin yanında olan kənd məscidinin həyətində Sovet dövründə mağaza olmuşdur. O mağazanın yarıdağılmış binası indi durur. Təbii ki, sovetlər dövründə sonralar da burada şərab digər haram məhsullar satılmışdır. deyilənə görə, hətta burada şadlıq evi tikmək eşqinə düşənlər olub. Ağa çox çətinliklə o mağazanın binasını almış beləliklə, burada şadlıq evinin ya haram məhsullar satan digər müəssisənin açılışına yol verməməklə məscidin hörmətini qoruyub saxlaya bilmişdir.

Sovetlər dönəmində ateizm təbliğatı aparıldığından din xadimlərimiz daima təzyiqlərə məruz qalmışlar. Bu, müsəlman respublikalarında daha çox təzahür etmişdir. Məhz müsəlman din xadimləri daha çox repressiya olunmuş, qəzetlərdə onlardan felyetonlar yazılmış, onlara qarayaxmalar olmuşdur. Bu ədəbiyyatımızda da, kino teatr tamaşalarında da geniş vüsət almışdı. Bəzi qələm sahiblərimiz çox vaxt bu məsələdə yarışa çıxmışlar. Ancaq qonşu respublikalarda gürcü erməni, habelə rus ədəbiyyatında, mən deyərdim ki, din xadimləri haqqında hərzəvu-hədyana rast gəlməzsən. Demokratiyanın beşiyi sayılan Fransa ədəbiyyatına nəzər saldıqda isə Viktor Hüqonun "Səfilləri"ndə  din xadimi ideallaşdırılır. Buna ingilis digər Avropa yazıçılarının əsərlərində   rast gəlmək olar.

Dinimiz ən mütərəqqi ideal din olduğu halda, qadına, uşağa, yetimə ilk dəfə islam dinində haqq verildiyi, ilk "Quran" ayəsinin "oxu" sözü ilə başlandığı halda guya dinimizin qadınları əsarət altında saxlaması din xadimlərimizin oxumağı yasaq etdikləri daim təbliğ olunmuşdur.

Azərbaycan sovet mətbuatının çox mütərəqqi işləriylə bərabər bir vəzifəsi sanki din xadimlərini ifşa etmək olmuşdur. Din xadimləri uzun illər təhlükəsizlik orqanlarının nəzarəti altında olmuş neçə-neçə din xadimlərimiz şərlənib, ləkələnərək cəzalandırılmışlar.

Ötən əsrin səksəninci illərinin əvvəllərində bu ənənə hələ davam etməkdə idi.

bizim Mirəziz Ağamızı da ləkələmək cəhdində bulunmuşlar.

Ağanın öz dilindən eşitmişəm.

Günlərin bir günü Ağa eşidir ki, onu həbs etməyə hazırlaşırlar. Adını çəkmək istəmədiyim, hələ həyatda sağ olan bir səlahiyyət sahibindən xahiş edir ki, onu Heydər Əliyevlə görüşməsinə yardımçı olsun. O vaxt Ulu Öndər Moskvada Sov.İKP MK Siyasi Bürosunun üzvü SSRİ Nazirlər Soveti sədrinin I müavini olur. Ağa elə o gün Moskvaya gedir Ulu Öndərlə görüşür. Heydər Əliyev ona artıq hər şeydən xəbərdar olduğunu deyir lazımi yerə tapşırıq verir. beləliklə , Ağa şər-xətadan qurtarır.

Mənimlə olan söhbətlərində dəfələrlə Heydər Əliyevin ona etdiyi hörməti heç vaxt unutmayacağını bunu övladlarına da vəsiyyət etdiyini dilə gətirib. Heç təsadüfi deyil ki, Mirəziz Seyidzadə Heydər Əliyevin şəninə "Səadət günəşi" adlı nəzm əsərini böyük məhəbbətlə qələmə almışdır..

Mirəziz Seyidzadə Vətənini dövlətini sevən vətəndaş, ata-anasını sevən oğul, övladlarını sevən ata, yaxşı həyat yoldaşı, sevimli baba, qaynata olmaqla valideynlərinə, həyat yoldaşına, övladlarına, gəlinləri nəvələrinə şeirlər həsr edib, onları kitaba salaraq tarixiləşdirmiş, etdiyi xeyirxah əməllərilə, sağ ikən özünə insan əliylə yaradılmamış elə bir heykəl ucaltmışdır ki, ona doğru gedən yolu heç vaxt ot basmayacaq. Yazdığı kitablar, özündən sonra nəşr olunacaq "Kəlam" jurnalında gedən yazılar daima bu yola işıq saçacaq.

Allah Mirəziz Ağaya min rəhmət eləsin, ruhu şad olsun! Amin!

Hacı Mehman FƏRZULLAYEV

 





19.06.2014    çap et  çap et