525.Az

Kürdəmirdə yol qəzası, ölən var


 

Kürdəmirdə yol qəzası, ölən var<b style="color:red"></b> Bakı-Qazax yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, qəza Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində qeydə alınıb. Rafiq Piriyevin idarə etdiyi “Mercedes” markalı minik maşını Cəmil Məmmədzadənin idarə etdiyi “Toyota” markalı minik maşını ilə toqquşub.

Nəticədə Rafiq Piriyev dünyasını dəyişib. Cəmil Məmmədzadə və nəvəsi 5 yaşlı Cəmil Məmmədzadə müxtəlif bədən xəsarətlərilə xəstəxanaya yerləşdirilib.
 





29.10.2012    çap et  çap et