525.Az

Bərzani kürdləri İŞİD-ə qarşı mübarizəyə çağırdı


 

Bərzani kürdləri İŞİD-ə qarşı mübarizəyə çağırdı<b style="color:red"></b>

İraqın Kürdüstan bölgəsinin lideri Məsud Bərzani kürd xalqını İŞİD terror təşkilatına qarşı mübarizəyə çağırıb.

Lent.az-ın xəbərinə görə, M.Bərzani Kürdüstan bölgəsinin rəsmi internet səhifəsində yayımlanan müraciətində kürd xalqına və peşmərgələrə müraciət edib.
 
İraq və Kürdüstanda baş verən məlum hadisələrdən sonra kürd xalqının təhlükəsizliyinin təmin etmək üçün hamının peşmərgə və güc strukturlarına dəstək verməsini istəyən M.Bərzani təqaüdə çıxmış bütün peşmərgələrin əvvəllər bağlı olduqları hərbi birləşmələrə müraciət etməsini bildirib: “Təqaüdə çıxmış bütün qəhrəman peşmərgələrimizdən daha əvvəl qulluq etdikləri hərbi birləşmələrə baş vuraraq peşmərgə birləşmələrinə kömək etmələrini və mümkün təhlükəyə qarşı hazır olmalarını istəyirəm. Bunun üçün Peşmərgə Nazirliyimiz lazım olan hazırlığı görür. Şərəfli kürd xalqı öz imkanları daxilində Kürdüstan peşmərgələrinə kömək etməlidir”.

M.Bərzani eyni zamanda İraqda baş verənlərə görə rəsmi Bağdadı günahlandırıb: “Rəsmi Bağdadın avtoritar siyasətinin İraqı xaosa aparacağı  barədə dəfələrlə xəbərdarlıq etməyimizə baxmayaraq, heç kimi bizi dinləmədi. Hamı buna şahiddir. Vəziyyətin bu həddə çatmasında birbaşa məsuliyyəti rəsmi Bağdad daşıyır”.
 
Təqaüdə çıxmış Peşmərgələr Birliyi isə M.Barzaninin müraciətinə “Hazırıq” cavabını verib.

 





19.06.2014    çap et  çap et