525.Az

“Müsəlman qardaşları”-nın mənəvi lideri edam olunacaq


 

“Müsəlman qardaşları”-nın mənəvi lideri edam olunacaq<b style="color:red"></b> Misir məhkəməsi “Müsəlman qardaşları” hərəkatının mənəvi lideri Məhəmməd Bədia və qurumun daha 13 fəalı barəsində edam hökmü çıxarıb.
 
Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, məhkəmənin qərarı ölkənin Ali Müftilər şurasına təqdim edilib. Hökmün icrası avqustun 3-ə planlaşdırılıb.
 
 
Məhəmməd Bədia,  onun iki müavini Xeyrat əş-Şətir və Rəşad Bayyumi “əhali arasında iğtişaş və qarşıdurma” yaratmaq ittihamı ilə mühakimə olunublar.
 
70 yaşlı M.Bədia Qahirənin cənubunda “Tora” adlı ciddi rejimli həbsxanada saxlanılır. O, 2013-cü il avqustun 20 ölkə paytaxtının şimal-şərqində, Mədinət Nəsr rayonunda tutulub.
 





20.06.2014    çap et  çap et