525.Az

Amerikada "tarixi qasırğa"


 

Amerikada "tarixi qasırğa"<b style="color:red"></b>

ABŞ prezidenti Barak Obama "Sendi" qasırğası ilə bağlı müraciət edib.

ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, amerikalılara müraciətində qasırğanın ciddi və böyük olduğunu deyib. "Bunu ciddi qəbul edin".
Obama bu gün və sabaha olan seçki proqramlarını da təxirə salıb. Prezident qasırğadan sonra təmizləmə işlərinində uzun zaman alabiləcəyini deyib. "Dosltlarınızı, yaşlı qonşularınızı yoxlayın. Onlarında hazırlıqlı olduğuna əmin olun".

Qeyd edək ki, "Sendi" qasırğasının bu gün Nyu York və Nyu Cersidən başlayaraq ABŞ-ın şərqinə daxil olacağı proqnozlaşdırılır. Onun paytaxt Vaşinqon, Boston, Filadelfiyaya kimi uzanacağı gözlənilir. Qasırğa soyuq hava kütlələri ilə birləşməsi ilə əlaqədar sinoptiklər onu "tarixi qasırğa" adlandırıblar.

Qasırğa ilə bağlı olaraq BMT-nin mənzil qərargahı bu gün bağlı olacağı bildirilib. Prosesin gündəlik gedişatından asılı olaraq iqamətgahın çərşənbə axşamı işləyib-işləməyəcəyi müzakirə ediləcək.

Xatırladaq ki, Latın Amerikasında tüğyan edən “Sendi” qasırğası onlarla insanın ölümünə səbəb olub. 130 min ev dağılıb. Haitidə azı 26 nəfərin qasırğanın törətdiyi dağıntılar altında qalaraq öldüyü bildirilir.

 





29.10.2012    çap et  çap et