525.Az

Tehran qadın –rejissora 6 il iş kəsib


 

Tehran qadın –rejissora 6 il iş kəsib<b style="color:red"></b> İran məhkəməsi sənədli filmlər müəllifi və qadın haqlarının müdafiəçisi Mahnaz Məhəmmədini  6 il müddətinə azadlıqdan məhrum edib.

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, o,  2009-cu ildə tutulub. Ancaq məhkəmə onu indi “milli təhlükəsizliyə qarşı çıxmaqda, hakimiyyətə qarşı təbliğat aparmaqda” ittiham edərək, “təqsirli bilib”.

Bundan başqa Mahnaz Məhəmmədi “BBC”, “əl-Cəzirə”, “Radio France International” və “Amerikanın səsi” ilə əməkdaşlıqda suçlu bilinib.

39 yaşlı Mahnaz Məhəmmədi daha çox 2006-cı ildə çəkdiyi «Səyahətnamə» sənədli filmi ilə məşhurdur. Bu kino-lent bir neçə mükafat alıb.
 





20.06.2014    çap et  çap et