525.Az

“İŞİD” qüvvələri İraqda kimyəvi silah istehsalı mərkəzini ələ keçiriblər


 

“İŞİD” qüvvələri İraqda kimyəvi silah istehsalı mərkəzini ələ keçiriblər<b style="color:red"></b> İraqda “İŞİD” qüvvələri Səddam Hüseynin prezidentliyi dövründə fəaliyyət göstərən kimyəvi silah istehsalı mərkəzini ələ keçiriblər.
 

APA TV-nin məlumatına görə, paytaxt Bağdaddan 70 km şimalda yerləşən “Əl Mütənna” zavodunda köhnə kimyəvi silah saxlanılır. Kimyəvi silah istehsalı mərkəzinin silahlıların nəzarətinə keçməsi Amerikanı ciddi narahat edib. Lakin ABŞ administrasiyasının nümayəndələri hesab edir ki, silahlılar ələ keçirdikləri materiallardan kimyəvi döyüş silahı istehsal etmək iqtidarında deyillər. 
 
Qeyd edək ki, “Əl Mütənna” zavodunda İran-İraq müharibəsi (1980-1988-ci illər) dövründə zarin, VX, iprit kimi öldürücü kimyəvi maddələr daxil olmaqla müxtəlif növ kimyəvi silahlar istehsal olunub.
Müharibədən sonra zavoda baş çəkən beynəlxalq müfəttişlər kimyəvi maddələrin bunkerlərdə saxlanıldığını və onların təhlükə yaratmadığını bildiriblər.
 
 





20.06.2014    çap et  çap et