525.Az

Dillər Universitetində "İlham Əliyev: tərcümeyi-hal davam edir" kitabının təqdimatı keçirilib


 

Dillər Universitetində "İlham Əliyev: tərcümeyi-hal davam edir" kitabının təqdimatı keçirilib<b style="color:red"></b>

Dünən Azərbaycan Dillər Universitetində (ADU) tanınmış yazıçı, millət vəkili Hüseynbala Mirələmovun ərəb dilinə tərcümə edilən  "İlham Əliyev: tərcümeyi-hal davam edir" kitabının təqdimatı keçirilib. Təqdimat mərasimində ADU-nun rektoru Səməd Seyidov,  deputatlar bir sıra ölkələrin səfirləri, universitetin professor-müəllim heyəti tələbələr iştirak ediblər.

ADU-nun rektoru Səməd Seyidov tanınmış yazıçı, millət vəkili Hüseynbala Mirələmovun ərəb dilinə tərcümə edilən  "İlham Əliyev: tərcümeyi-hal davam edir" kitabında  Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin fəaliyyətindən bəhs edildiyini  diqqətə çatdırıb. Rektor  Hüseynbala Mirələmovun öz fəaliyyəti ilə ölkənin çiçəklənməsinə dünyada tanıdılmasına xidmət  edən bir  ziyalı yazıçı olduğunu söyləyib.  Rektor qeyd edib ki, H. Mirələmov  Ümummilli lider Heydər Əliyev haqqında da kitab yazıb. O, "İlham Əliyev: tərcümeyi-hal davam edir" kitabının  dünyanın bir sıra dillərinə tərcümə olunduğunu söyləyib.

Tədbirdə  kitabın  Küveytdə  keçirilən təqdimatından bəhs edən videoslayd nümayiş olunub. Videoslaydda  qeyd olunub ki, kitabın ərəb dilinə tərcüməsi nəşri Azərbaycan Respublikasının Küveytdəki səfirliyinin  təşəbbüsü dəstəyi ilə baş tutub.

Milli Məclisin  Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov  çıxış edərək kitab haqqında fikirlərini bölüşüb.  Bildirib ki, kitab  Prezident İlham Əliyevin  bütün dünyada parlaq siyasi gələcəyi olan siyasətçi kimi tanınan istedadlı dövlət xadimi olduğunu  sübut edir.  Komitə sədri  kitabın təqdimatının Azərbaycan Dillər Universitetində keçirilməsinin təqdirəlayiq olduğunu qeyd edib. E. İbrahimov çıxışında Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi sayəsində ölkənin iqtisadiyyatının gücləndiyi, insanların rifah halının yüksəldiyini, xarici siyasətdə uğurların əldə olunduğunu deyib.  Komitə sədri  Azərbaycanda aparılan  təhsil siyasəti nəticəsində Dillər Universitetinin inkişaf etdiyini bu gün ölkədə aparıcı ali təhsil ocaqlarından biri olduğunu bildirib.

Vəfa MƏMMƏDLİ

 





20.06.2014    çap et  çap et