525.Az

AYB rəhbərliyi Prezident İlham Əliyevə təşəkkür məktubu göndərib


 

AYB rəhbərliyi Prezident İlham Əliyevə təşəkkür məktubu göndərib<b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb. Məktubun mətnini təqdim edirik.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

cənablarına

Hörmətli cənab Prezident!

İyunun 17- bütün ədəbi nəsilləri təmsil edən nümayəndələrin iyirmiyə qədər xarici ölkədən dəvət olunmuş nüfuzlu yazıçıların iştirakıyla Azərbaycan yazıçılarının XII Qurultayı uğurla keçirildi. İyunun 18- Azərbaycan Yazıçılar təşkilatının 80 illiyinə həsr olunmuş təntənəli tədbirdə çoxsaylı xarici qonaqlar çıxış edərək ölkəmizin son illər hər sahədə nail olduğu nailiyyətlərdən ürəkdolusu danışdılar.

Qurultayımızın yubiley tədbirimizin belə yüksək şəkildə keçirilməsinə şərait yaratdığınıza hərtərəfli dəstəyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Birliyimizin 80 illiyi münasibətiylə ünvanladığınız məktubda yazıçılarımızın əməyini, Vətən, xalq Ana dilimiz qarşısında xidmətlərini layiqincə dəyərləndirmisiniz. Bu səmimi sözlərə görə Sizə minnətdarlığımızı bildiririk. Bütün bunlar ulu öndərimiz, unudulmaz Heydər Əliyevin ədəbiyyata, mədəniyyətə daimi qayğısı diqqətinin çağdaş dövrdə Sizin tərəfinizdən uğurla davam etdirilməsinin yeni təzahürüdür.

Azərbaycan yazıçıları həmişə olduğu kimi xalqımızın mədəni inkişafı yolunda bundan sonra da bütün varlıqlarıyla çalışacaqlar, dövlətçiliyimizin, milli-mənəvi dəyərlərimizin, müqəddəs Ədəbi Sözün keşiyində duracaqlar.

Hörmətli Prezident!

Müstəqil dövlətimizin maraqları naminə, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda Sizə bundan sonra da səmərəli fəaliyyət, möhkəm cansağlığı, səadət arzulayırıq.

 

ANAR - Azərbaycan

Yazıçılar Birliyinin sədri

Fikrət QOCA - Birliyin

birinci katibi

Arif ƏMRAHOĞLU -

Birliyin katibi

Çingiz ABDULLAYEV -

Birliyin katibi

Rəşad MƏCİD - Birliyin katibi

Nazim İBRAHİMOV -

Birliyin sədr müavini

 





20.06.2014    çap et  çap et