525.Az

Azərbaycan siyasi mühacirətinin tarixi haqqında yeni dəyərli əsər


 

Azərbaycan siyasi mühacirətinin tarixi haqqında yeni dəyərli əsər <b style="color:red"></b>

Bu günlərdə Azərbaycan oxucusu tariximizin qaranlıq dövlərinə işıq salan yeni bir dəyərli araşdırma əsəri ilə tanış olmaq imkanı qazanıb. Georgi Mamulia Ramiz Abutalıbovun yazdıqları 584 səhifəlik "Odlar ölkəsi. Azadlıq müstəqillik uğrunda mübarizə. Azərbaycan mühacirətinin siyasi tarixi. 1920-1945" kitabı Bakıda rus dilində yenicə çapdan çıxıb. Əsərin elmi redaktoru tarix elmləri doktoru Aydın Balayevdir.

Azərbaycan mühacirətinin 1920-1945-ci illər arasındakı siyasi tarixinə mühacirət nümayəndələrinin Azərbaycanın müstəqilliyini bərpa etmək uğrunda gərgin mübarizəsinə həsr edilmiş bu əsərdə xaricdə Azərbaycan siyasi partiya təşkilatlarına rəhbərlik etmiş şəxslərin Azərbaycanın müstəqilliyinin bərpasına maraq göstərən Avropa dövlətlərinin rəsmi qeyri-rəsmi nümayəndələri ilə qarşılıqlı əlaqələrinə xüsusi diqqət yetirilib. İndiyədək öyrənilməmiş, ilk dəfə müəlliflərin burada elmi dövriyyəyə cəlb etdikləri olduqca dəyərli arxiv materialları əsasında yazılmış kitabda Azərbaycan siyasi mühacirətinin 25 illik tarixinin geniş mənzərəsi yaradılıb. Müəlliflər sübut edirlər ki, hədsiz ağır şərtlər içərisində mübarizə aparmalı olduqlarına baxmayaraq, Azərbaycan siyasi partiya təşkilatlarının öndərləri Qafqazın başqa xalqlarının nümayəndələri ilə sıx əlaqədə təşkilati qurumlar yaratmağı ortaq layihələr işləyib hazırlamağı bacarıblar. Həmin layihələrdən bir çoxu bugünədək öz dəyərini saxlamaqdadır.

Çox arzu edərdik ki, bu dəyərli əsər tezliklə ana dilimizə çevrilərək nəşr edilsin.

GÜNDÜZ

 





20.06.2014    çap et  çap et