525.Az

Ana və oğul bıçaqlandı


 

Ana və oğul bıçaqlandı<b style="color:red"></b>

 Ağcabədi rayonunda bıçaqlanma hadisəsi baş verib.
 
525.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 29-da Ağcabədi rayonunun Şənlik kəndində, kənd sakini Rafayel Məlikov münaqişə zəminində həmkəndlisi İldırım Kamalova bıçaqla xəsarət yetirib.

R.Məlikov daha sonra hadisə yerinə gələn İ.Kamalovun anası Aybənizi də bıçaqlayıb.

Hadisəni törədən R.Məlikov Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.

 





29.10.2012    çap et  çap et