525.Az

Əmək müqaviləsi ilə bağlı qaydalar ƏƏSMN-nin rəsmi internet saytında yerləşdirilib


 

Əmək müqaviləsi ilə bağlı qaydalar ƏƏSMN-nin rəsmi internet saytında yerləşdirilib<b style="color:red"></b>

Əmək müqaviləsi bildirişinin forması onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı QaydalarAzərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəsmi www.mlspp.gov.az saytında yerləşdirilib. Bu barədə “525-ci qəzetə nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

QaydalarAzərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqındaAzərbaycan Respublikasının 2013- il 27 dekabr tarixli 875-IVQD nömrəli Qanununun  tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2014- il 3 fevral tarixli 100 nömrəli Fərmanının 1.4- bəndinin icrasını təmin etmək məqsədi ilə ƏƏSMN tərəfindən hazırlanıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014- il 6 iyun tarixli  183 nömrəli Qərarı ilə təsdiq edilib. 

Sənəddə əmək müqaviləsi bildirişinin formaları həmin  bildirişin elektron informasiya sisteminə (EİS) daxil edilməsi, əmək müqaviləsi bağlanıldığı, dəyişiklik edildiyi ya xitam verildiyi halda, əmək müqaviləsi bildirişi müvafiq Əlavələrdə onların formaları, bildirişlərin onlarla bağlı məlumatların real vaxt rejimində əldə olunması s. qaydalar əksini tapır. EİS vasitəsilə bu Qaydalarla müəyyən edilmiş əmək müqaviləsi bildirişlərinə məlumat formalarına qeyri-müəyyən məlumatların daxil edilməsinə məhdudiyyətlər qoyulur sistem tərəfindən məlumat qəbul edilmədikdə, bununla bağlı dərhal müvafiq məlumat göstərilir. Sistemdə qeydiyyata alınmış məlumatların məlumat bazasında  saxlanılması müddəti məhdudlaşdırılmır.

Elektron informasiya sistemi  cari ilin iyulun 1-i tarixindən istifadəyə veriləcək. İşəgötürənlərə əvvəllər bağlanmış əmək müqavilələrini qeydiyyata saldırmaq üçün 3 ay əlavə vaxt verilməsi geniş maarifləndirmə işlərinin aparılması nəzərdə tutulur.

 





21.06.2014    çap et  çap et