525.Az

Rəqəmsal TV siqnalının zəif qəbul olunduğu yaşayış məntəqələrinin siyahısı hazırlanıb


 

Rəqəmsal TV siqnalının zəif qəbul olunduğu yaşayış məntəqələrinin siyahısı hazırlanıb<b style="color:red"></b>

Dövlət Radiotezliklər İdarəsi (DRİ) rəqəmsal TV siqnalının zəif qəbul olunduğu yaşayış məntəqələrini müəyyənləşdirib. Bu barədə İdarədən məlumat veriblər. DRİ-dən bildiriblər ki, monitorinqin nəticələri Rabitə Yüksək Texnologiyalar NazirliyininTeleradioİstehsalat Birliyinə təqdim edilib. Qurumun struktur bölmələri əldə edilən nəticələr əsasında rəqəmsal televiziya siqnalının əhatə dairəsini genişləndirəcək. İB-dən qeyd ediblər ki, işlər Xızı, Şamaxı, Siyəzən, Quba, İsmayıllı, Qax, Cəlilabad, Yardımlı, Astara, Göygöl, Gədəbəy, Qazax, Tovuz Daşkəsən rayonlarının yaşayış məntəqələrində (xüsusilə kənd yerlərində) aparılacaq.

Birliyin planlarına əsasən, qeyd olunan rayonlarda rəqəmsal TV-nin yeni ötürücü aparatları ilin sonunadək işə salınacaq. Avadanlıq qismən alınıb hazırda quraşdırma işləri aparılır. Hazırda respublika əhalisinin təqribən 98 faizi rəqəmsal TV siqnalı ilə əhatə olunub.

 





21.06.2014    çap et  çap et