525.Az

İT sahəsində insidentlərin 95 faizinə səbəb insan faktorudur


 

İT sahəsində insidentlərin 95 faizinə səbəb insan faktorudur<b style="color:red"></b>

İnformasiya təhlükəsizliyi (İT) sahəsində insidentlərin 95 faizinə səbəb insan faktoru olur. Bu barədə Rabitə Yüksək Texnologiyalar Nazirliyinin saytı məlumat yayıb. Belə ki, 133 ölkədə min istifadəçinin kompüter şəbəkəsində baş verən insidentlərlə bağlı statistikanı toplayanIBM Managed Security Servicestəhlükəsizlik xidməti 2013- ilin məlumatları əsasında tərtib olunan yeni  “IBM Security Services 2014 Cyber Security Intelligence Index” hesabatını təqdim edib. Hesabatda aparılan təhlillər göstərir ki, baş verən insidentlərin əksəriyyəti insanın səhvindən qaynaqlanır.

Ən populyar səhv fişinq məlumatında link üzrə zərərli sayta keçiddir. Problemlər tez-tez serverin düzgün olmayan konfiqurasiyası, “patchın (kompüter fayllarına avtomatik şəkildə müəyyən dəyişikliklərin edilməsi üçün informasiya) görünməsinə əhəmiyyətin verilməməsi, istifadəçi adının parolunun daim başlanğıc kimi istifadəsi, noutbuk ya digər mobil qurğunun itirilməsi səbəbindən baş verir. “IBMqeyd edir ki, informasiya təhlükəsizliyi ilə bağlı problemlər ildən-ilə artır, 2013- ildə isə insidentlərin sayı rekord həddə çatıb. Ötən il müxtəlif şirkətlərin abunəçilərinin 500 milyon məxfi məlumatı, o cümlədən elektron poçt ünvanı, bank kartlarının nömrələri parolları oğurlanıb.

Əməkdaşlarının sayı 1000-5000 nəfər təşkil edən iri təşkilatların təxminən hamısı il ərzində dəfələrlə təhlükəsizlik təhdidləri ilə üzləşib. “IBM”-in statistikasına əsasən, il ərzində şirkətlərdə təhlükəsizliklə bağlı baş verən hadisələrin (security events) orta sayı 91 milyonu ötüb. Əksər hadisələr (məsələn, portların skan edilməsi ya avtorizə etmə cəhdləri) bir hücuma aid edilir. İl ərzində iri şirkətlərə hücumların orta sayı 16 865 təşkil edib. Bu, bir ildə 109 real insident deməkdir.

 





21.06.2014    çap et  çap et