525.Az

Avtomobil yollarının dövlət reyestrindən çıxarılması üçün 10 manat rüsum ödənilməlidir


 

Avtomobil yollarının dövlət reyestrindən çıxarılması üçün  10 manat rüsum ödənilməlidir<b style="color:red"></b>

Dövlət rüsumu haqqındaqanun layihəsinə bir sıra dəyişikliklər edilib. Qanun layihəsi barədə İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

O bildirib ki, dəyişikliyə görə ixtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının, coğrafi göstəricinin, əsərin, əlaqəli hüquqlar obyektinin inteqral sxem topologiyasının məlumat toplularının qeydə alınması, müvafiq mühafizə sənədlərinin verilməsi onlarla bağlı digər hüquqi hərəkətlər, habelə icazələrin bəzi növlərinin verilməsi, nəqliyyat vasitələrinə onların idarə edilməsi ilə bağlı hüquqi fiziki şəxslərə xidmətlərin göstərilməsi üçün dövlət rüsumlarının dərəcələri müəyyənləşib.

Z. Səmədzadənin sözlərinə görə, nəqliyyat vasitələrinə onların idarə edilməsi ilə bağlı hüquqi fiziki şəxslərə xidmətlərin göstərilməsinə görə avtomobil yollarının vahid dövlət reyestrindən çıxarılması üçün 10 manat dövlət rüsumu ödənilməlidir. Qeyd edək ki, qanun layihəsi müzakirələrin sonunda qəbul edilib.

 





21.06.2014    çap et  çap et