525.Az

Azərbaycanın yol polisi sistemində islahatlar


 

Azərbaycanın yol polisi sistemində islahatlar<b style="color:red"></b>

Son illərdə Daxili İşlər Nazirliyinin bütün orqanlarında olduğu kimi, dövlət yol polisində aparılan islahatlar sistemli davamlı prosesə çevrilib. Dövlət başçısının digər sahələrə olduğu kimi, DYP- olan diqqət qayğısı sayəsində maddi-texniki baza möhkəmləndirilərək xidməti fəaliyyət təkmilləşdirilib. Bu strukturda xidməti fəaliyyətin mütəmadi olaraq təkmilləşməsi modernləşməsi, uğur göstəricilərinin dinamik artımı ictimai gündəmin daim diqqət mərkəzində olur. Çünki əhalinin gündəlik həyatında əhəmiyyətli yer tutan bu qurumda baş verən müsbət dəyişikliklər polis-vətəndaş münasibətlərinin daha da yaxşılaşmasına möhkəmlənməsinə mühüm töhfədir.

Azərbaycanda polisin yaranma tarixinə nəzər salsaq, bunun XIX əsrə gedib çıxdığını görərik. Məhz həmin dövrdən sonra ölkəmizdə polis sistemi tam şəkildə formalaşmışdı. Lakin 1991-ci ildə müstəqil dövlətini yaratmış Azərbaycan xalqı müstəqilliyinin ilk illərində daxili böhranla, xarici təcavüzlə üz-üzə qaldı, ölkədəki xaos polisdən yan keçmədi. O vaxt hakimiyyətdəki qüvvələrin səriştəsiz idarəçiliyi ölkədə güc strukturlarının, o cümlədən daxili işlər orqanlarının fəaliyyətini iflic vəziyyətə saldı. O zaman mövcud olan qeyri-sabit ictimai-siyasi vəziyyət ölkənin bütün yerlərində olduğu kimi, Bakı şəhərində kriminogen durumu xeyli gərginləşdirmiş, cinayətkar ünsürlərin mütəşəkkil fəaliyyətinə, silahlı qruplaşmalarınat oynatmasınaşərait yaratmışdı. Belə bir durumda erməni təcavüzü vəziyyəti daha da çətinləşdirirdi. Müharibənin ilk illərində Azərbaycanın milli ordusu yox səviyyəsində idi, ona görə ön cəbhədə torpaq uğrunda polis vuruşurdu, şəhidlər verirdi.

Ulu öndər Heydər Əliyev Azərbaycan polisinin bu dövrdəki xidmətlərini çox yüksək qiymətləndirib: “Azərbaycan polisi şanlı bir tarix keçib. Xüsusən, 1988-ci il hadisələri başlanandan sonra, Qarabağ müharibəsində Azərbaycan polisinin 932 nəfər əməkdaşı şəhid, 681 nəfəri isə əlil olub. Eyni zamanda, 67 nəfər polis əməkdaşı Milli Qəhrəman adına layiq görülüb. Bu, böyük rəşadət, qəhrəmanlıq dövlətçiliyə sədaqət nümunəsidir”.

Azərbaycan dövlətinin hərtərəfli inkişafında milli dövlətçilik ənənələrimizin bərpa olunmasında əvəzsiz tarixi xidmətləri olan ümummilli liderin 1993- ilin iyununda xalqın tələbi ilə hakimiyyətə qayıdışı, müstəqilliyimizin, dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkədə qayda-qanun yaradılması, xaos özbaşınalığa son qoyulması, dövlətimizin ictimai-siyasi, iqtisadi böhrandan çıxarılması, qanunsuz silahlı dəstələrin ləğv olunması, xalqımız qarşısında yaranmış çoxsaylı problemlərin həll edilməsi, hüquq-mühafizə orqanlarının möhkəmləndirilməsi sahəsində atdığı müdrik qətiyyətli addımlar respublikamızın əhalisi tərəfindən rəğbət hörmətlə qarşılandı.

Beləliklə, ulu öndərin hakimiyyətə qayıdışından sonra daxili işlər orqanlarının fəaliyyətində əsaslı keyfiyyət dəyişikliklərinin təməli qoyuldu. Qanunçuluq dövlətçilik prinsipləri ön plana çəkildi, Azərbaycan polisi yüksək nüfuzunu bərpa etdi.Ümummilli liderin 28 may 1998-ci il tarixli fərmanı ilə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər Nazirliyinin tərkibində ilk nizami polis orqanlarının təsis edildiyi gün – 2 iyul Azərbaycan Polisi günü elan edildi.

Atılan bu addımların nəticəsidir ki, Azərbaycan polisinin ayrılmaz tərkib hissəsi olan DYP orqanları hazırda müasir tələblərə cavab verən inzibati binalarla, texnika avtomobillərlə, rabitə vasitələri, eləcə elektron avadanlıqlarla təmin edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan polisinin peşəkarlıq səviyyəsini, texniki təchizatını diqqətdə saxladığı kimi, sosial rifahını da daim diqqətdə saxlayır. Daxili işlər orqanları əməkdaşlarının maaşlarının mütəmadi olaraq artırılması, sosial vəziyyətinin yaxşılaşdırılması buna bir nümunədir.

İ.Əliyev bu barədə demişdi: “Polis orqanlarının fəaliyyətini təkmilləşdirmək, keyfiyyətini, peşə hazırlığını bilik səviyyəsini artırmaq məqsədilə yeni axtarış informasiya texnologiyaları ilə təmini, maddi-texniki bazanın ən müasir tələblər səviyyəsinə çatdırılması şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində lazımi tədbirlər görülür. Polisin inkişafına dövlət qayğısı bundan sonra da davam edəcəkdir”.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əsas strukturlarından biri olan DYP bu diqqətin, qayğının sayəsində sürətlə inkişaf edir, həm peşəkarlıq, həm texniki təchizat, həm mənəvi tələbat baxımından müasir standartlara cavab verəcək səviyyəyə yüksəlir.Dövlət başçısının DYP- olan diqqət qayğısı sayəsində maddi-texniki baza möhkəmləndirilərək xidməti fəaliyyət təkmilləşdirilib.

Əminliklə demək olar ki, DYP strukturlarında davamlı ardıcıl olaraq həyata keçirilən islahatlar dünyanın bir çox dövlətlərinə nümunə ola biləcək səviyyədədir. Müstəqilliyimizin ilk illərində AzərbaycandaYol hərəkəti haqqındaqanun qəbul olundu bu barədə Birləşmiş Millətlər Təşkilatının müsbət rəyi alındı. Postsovet məkanında olan ölkələr məhz bu qanunu model olaraq götürdülər. Digər tərəfdən, ölkəmizdə yol polisi xidmətinin struktur tərkibinin yeniləşməsi təkmilləşməsi istiqamətində daim lazımi dəyişikliklər aparılır. Nəzarət idarəçilik funksiyasında işin daha səmərəli təşkili baxımından köklü islahatlar həyata keçirilib. Birmənalı şəkildə demək olar ki, bu gün Daxili İşlər Nazirliyində, o cümlədən dövlət yol polisi xidmətində aparılan islahatlar populist xarakterli eksperiment yönümlü deyil. Beynəlxalq təcrübədən ən yaxşı nümunələrin öyrənilməsi əsasında risklərdən uzaq, çox mərhələli uzun müddətə hesablanmış islahatlar DYP əməkdaşlarına hərəkətin təhlükəsizliyinin təmini kimi son dərəcə vacib vəzifənin öhdəsindən layiqincə gəlməyə imkan verir.

DYP- aparılan islahatlar nəticəsində yol hərəkəti ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılmış, bir sıra inzibati xətalara görə tənbehlərin sərtləşdirilməsi, korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində vətəndaşlarla ünsiyyətin minimuma endirilməsi ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti üzrə dövlət qurumlarına təqdim olunub. Artıq bu sahədə bir sıra mühüm addımlar atılıb.

Ekoloji təhlükəsizlik məsələlərinə dair standartların qəbulu üçün müvafiq Dövlət Agentliyi ilə qarşılıqlı əlaqədə zəruri tədbirlər görülüb. Atmosfer havasının avtomobillərin zərərli təsirindən qorunması məqsədilə Ekologiya Təbii Sərvətlər Nazirliyi ilə birgə hər ilTəmiz havaaylıqları  keçirilir. Son 5 ildə 40 mindən çox avtomobilin mühərriklərinin işlənmiş qazlarında zərərli maddələrin miqdarının normadan artıq olması aşkarlanaraq hüquqi fiziki şəxslər barəsində inzibati tənbeh tədbirləri tətbiq edilib.

DYP İdarəsi onun yerlərdəki bölmələri tərəfindən 2014- ilin 1-ci rübü ərzində respublikada yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, ictimai asayişin qorunması xidməti intizamın möhkəmləndirilməsi istiqamətində bir sıra təşkilati profilaktik tədbirlər həyata keçirilib.Dövlət Yol Polisi xidmətində fəaliyyətin müasir tələblərə uyğun qurulması üzrə görülən işlər Nazirliyin rəhbərliyinin gündəlik nəzarətində saxlanılmaqla idarəçilik təşkilatçılıq işinin yaxşılaşdırılması, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, şəxsi heyətin professional səviyyəsinin artırılması məqsədilə əlavə zəruri tədbirlər görülərək, qanunçuluğun, insan hüquq azadlıqlarının aliliyi prinsiplərinə, xidməti, icra uçot-qeydiyyat intizamına riayət edilməsinə tələbkarlıq daha da artırılıb. Ötən rüb ərzində xidmətlə bağlı bir sıra göstərişlər, o cümlədənYol hərəkəti haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 15 noyabr 2011-ci il tarixli, 5 aprel 2013- il tarixli qanunların tətbiqi ilə əlaqədar nəqliyyat vasitələrinin texniki baxışdan qeydiyyat yerindən asılı olmayaraq keçirilməsi, bu xidmətin vətəndaş üçün rahatlıq şəraitində operativ təşkili, bu sahədə vətəndaş məmnunluğunun təmin edilməsi, rahatlığın əldə olunması məqsədiləNəqliyyat vasitələrinə texniki baxışın keçirilməsində vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı əlavə tədbirlərə dair” 17.02.2014- il tarixli, habeləKənd təsərrüfatı ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqındaAzərbaycan Respublikası Prezidentinin 2014- il 16 yanvar tarixli Sərəncamının icrası ilə əlaqədarKənd təsərrüfatı ərzaq məhsullarının daşınması zamanı hərəkətin təhlükəsizliyinin təmin edilməsi sahəsində əlavə tədbirlərə dair” 10.03.2014- il tarixli göstəriş hazırlanaraq icraya yönəldilib. Ötən rüb ərzində Mərkəzi İnformasiya Sisteminə daxil olmuş 81075 məlumat əsasında elektron formada protokollar tərtib edilməklə icraya yönəldilib. 2014- ilin 1-ci rübü ərzində 11 svetofor obyekti, 2603 yol nişanı qoyulub ya yenisi ilə əvəz edilib. Həmçinin boya ilə küçə yollarda 116.000 pm cizgiləmə işi aparılıb. “Atmosfer havasının mühafizəsi haqqındaAzərbaycan Respublikası Qanununa Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2006- il tarixli 1697 nömrəli Sərəncamı ilə təsdiq edilən Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2010-2014- illər üçün Kompleks Tədbirlər Planında nəzərdə tutulan aidiyyəti tədbirlərin icrası üzrə işlər davam etdirilib.

Məhz bu müsbət tendensiya Baş Dövlət Yol Polisi İdarəsinin şəxsi heyətinin əsas vəzifəsi sayılan təhlükəsiz yol hərəkətinin təmini, insanların həyat sağlamlıqlarının avtomobillərin zərərli təsirlərindən qorunması istiqamətində mühüm tədbirlərin bundan sonra da uğurla davam etdirəcəyini söyləməyə əsas verir.

İsgəndər HƏSƏNOV

Yazı Baş Dövlət Yol Polisi İdarəsinin,
Azərbaycan Mətbuat Şurasının Polisə dəstəkİctimai Birliyinin
Yol polisi, təhlükəsiz yollarımızmövzusunda birgə keçirdikləri
 müsabiqəyə təqdim olunur.

 





21.06.2014    çap et  çap et