525.Az

Siyavuş Novruzov: ”Beynəlxalq təşkilatlar istəyir ki, verdiyi vəsaitlər qeyri-şəffaf şəkildə sərf olunsun”


 

Siyavuş Novruzov: ”Beynəlxalq təşkilatlar istəyir ki, verdiyi vəsaitlər qeyri-şəffaf şəkildə sərf olunsun”<b style="color:red"></b>

Milli Məclisin (MM) hakim partiyadan olan üzvü Siyavuş Novruzov ali qanunverici orqanın növbədənkənar sessiyasının ilk iclasında Azərbaycan parlamentinin Türkiyə diplomatlarının girov götürülməsi məsələsinə münasibət bildirməsini təklif edib. Deputat deyib ki, Türkiyə qardaş dövlətdir bu baxımdan, Azərbaycan bu məsələyə diqqətlə yanaşmalıdır: “Biz parlament olaraq bu məsələyə öz dəstəyimizi nümayiş etdirməliyik. Çünki Türkiyə bizim üçün qardaş dövlətdir. Əgər bu gün türk diplomatlarına qarşı bu cür addımlar atılırsa, deməli bu hərəkət bizə qarşı da edilir. Bu baxımdan NATO Parlament Assambleyasının 86- Rouz-Roud seminarının yekun bəyannaməsində Assambleyanın prezidenti NATO ölkələrindən xahiş etdi ki, bu məsələyə dəstək göstərsinlər. Hesab edirəm ki, biz hansısa formada bu məsələyə dəstək göstərməliyik”.

Seminarda baş verənləri xatırladan S.Novruzov bildirib ki, burada Ermənistandan gələn deputatların əsas informasiya mənbəyi Azərbaycanda olan bir sıra müxalifət partiyalar olub: “Bir sıra QHT-lərin əsasında onlara əsaslanaraq onların fikirləri ilə misal gətirərək Azərbaycan əleyhinə həqiqəti əks etdirməyən məlumatlar səsləndirirdilər. Bu da onu göstərir ki, dəfələrlə dediyimiz kimi, müxalifət heç vaxt Azərbaycan xalqı haqqında düşünmür. Onlar erməni digər düşmənlərlə əlbir olmağa hazırdırlar ki, Azərbaycan haqqında hər hansı bir mənfi informasiya yayılsın. Həmin seminarda bunun şahidi olduq”. S.Novruzovun sözlərinə görə, müxalifət nümayəndələri QHT-lərə edilən dəyişiklərin tamam başqa bir formada müxtəlif beynəlxalq təşkilatlara çatdırıblar ki, guya QHT-lər hüquq mühafizə orqanlarının nəzarəti altına düşür, hər dəqiqə onlara hesabat verməlidirlər: “Halbuki, həmin qanunda konkret olaraq şəffaflıq məsələsi ortaya qoyulub ki, xaricdən aldığı qrantı hansı formada xərcləməyi barədə ictimaiyyətə məlumat verilsin. Maraqlıdır ki, qanunda hansı qəbahətli var? Beynəlxalq təşkilatlardan şəffaflıq tələb edildiyi halda, onlar istəyir ki, verdiyi vəsaitlər qeyri-şəffaf şəkildə sərf olunsun. Məlumdur ki, bu məsləhət verilir bunun vasitəsilə ayrı-ayrı siyasi partiyalar maliyyələşdirilir. Onlar istəmirlər ki, aşkarlıq olsun”.

Buna görə millət vəkili adı çəkilən qanun layihəsinin bir daha ictimaiyyətə şərh olunmasını təklif edib.

Spiker Oqtay Əsədov isə deputatları bu məsələni mətbuata çıxarmamaqda qınayıb: “Azərbaycan müharibə şəraitində yaşayan ölkədir. Azərbaycanın milli maraqları hər şeydən öndə gedən məsələdir. Azərbaycan əsgərlərinin erməni snayperi tərəfindən öldürülməməsi barədə deyilənlər, Azərbaycan üçün ən ziyanlı əməldir. Azərbaycanın milli maraqlarını dəstəkləməyən buna zidd fikirlər söyləyən varsa, həmin şəxsləri bütün media nümayəndələri görür. Bir iki qəzetdən başqa heç bir yerdə bu haqda məlumat görmədim. Kimsə bir-birini söysə, bütün mətbuatda bu barədə yazılar dərc olunur. Ona görə bu məsələləri parlamentlə yanaşı, mediada da qabartmaq lazımdır”.

Kamil HƏMZƏOĞLU

 





21.06.2014    çap et  çap et