525.Az

“İRS” jurnalının Çin dilində ikinci sayı çap olunub


 

“İRS” jurnalının Çin dilində ikinci sayı çap olunub<b style="color:red"></b>

 İRSjurnalının Çin dilində nəşr olunan növbəti (ikinci) nömrəsi (“İRS-Yichan”) çapdan çıxıb. Azərbaycan həqiqətlərinin tanıdılması, ölkəmizin tarixi mədəniyyəti haqqında çinli oxucuların daha dərindən məlumatlandırılması məqsədilə ölkəmizin Çin Xalq Respublikasındakı səfirliyinin İRSjurnalının redaksiya heyətinin birgə təşkilatçılığı ilə nəşr olunan jurnalın növbəti sayı da nəfis tərtibatda diqqəti cəlb edir.

Jurnalın bu nömrəsində xalqımızın muğam mədəniyyətinə qayğısının diqqətinin təcəssümü olaraq Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Qarabağ muğam məktəbi haqqında müfəssəl məqaləsi çinli oxuculara təqdim edilib. Məqalədə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş muğam sənəti, Azərbaycan muğam məktəbi onun görkəmli nümayəndələri haqqında geniş məlumat verilir. Azərbaycan muğam sənətinin mühüm tərkib hissəsi olan Qarabağ muğam məktəbinin özünəməxsus üslubu ənənələri haqqında ətraflı danışılır. Qeyd olunur ki, Qarabağ muğam məktəbinin yetirmələri olan Cabbar Qaryağdıoğlu, Bülbül, Keçəçi oğlu Məhəmməd, sonrakı dövrlərdə Xan Şuşinski, Zülfü Adıgözəlov, Seyid Şuşinski, Yaqub Məmmədov digər böyük xanəndələr muğam sənətimizdə silinməz izlər qoyublar. Müəllif yazır ki, Qarabağ muğam məktəbini təmsil edən ifaçıların böyük əksəriyyəti Şərqin musiqi konservatoriyası hesab olunan Şuşa şəhərində dünyaya gəliblər.

Bundan başqa, jurnalda baş redaktor Musa Mərcanlının Azərbaycan Xalq Cümhuriyyəti, tarix elmləri doktoru Arif Mustafayevin Xınalıq kəndi, onun tarixi sakinləri, tarix üzrə fəlsəfə doktoru Firdovsiyə Əhmədovanın Azərbaycan Demokratik Respublikasının əsas nailiyyətləri, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədovun Azərbaycanda ordu quruculuğu, Azərbaycanın Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanovun armudu stəkanda çay mədəniyyəti, tarix üzrə fəlsəfə doktoru Ətiqə İzmayılovanın Azərbaycanın qadın zərgərlik bəzək əşyaları haqqında məqalələri yer alıb. Jurnalda, həmçinin Çin Sosial Elmlər Akademiyasının Rusiya, Mərkəzi Asiya Şərqi Avropa Araşdırmaları İnstitutunun baş elmi işçisi Yanq Cinin Azərbaycana səfərinin təəssüratları haqqında məqalə çap olunub.

İRS-Yichanjurnalının nüsxələri Çinin elmi tədqiqat institutlarına, kitabxanalara, strateji araşdırma mərkəzlərinə, nüfuzlu ali təhsil ocaqlarına göndərilib.

S.ABDULLAYEVA

 





21.06.2014    çap et  çap et