525.Az

“Ulduz” jurnalının iyun sayı nəşr edilib


 

“Ulduz” jurnalının iyun sayı nəşr edilib<b style="color:red"></b>

BugünlərdəUlduzjurnalının iyun buraxılışı işıq üzü görüb. Dərgi Yazıçılar Birliyinin katibi Rəşad MəcidinUlduz”: 5-2-5” adlı ekspert yazısı ilə açılır: “Qeyd elədiyim kimi, jurnalın ötən sayının dizaynı məni bir xeyli sevindirmişdi. Amma vərəqləyəndən sonra ilk reaksiya kimibəs nəsr hanı?” sualını vermişdim. Ağsəsyönnünəsr tapmadığını desə razılaşmamışdım. Bir yandan daUlduzun yeni sayı barədə müxtəlif yerlərdə söhbət düşəndə fikrim bu olmuşdu ki, ədəbi jurnalı keyfiyyətli bədii nəsr olmadan sanballı etmək mümkün deyil! qədər eksperimentlər edirsən et, qədərhoqqaçıxarırsan çıxar, ədəbi-bədii jurnalın mayası, özəyi bədii materiallardı...” R. Məcid PərvininBenefislayihəsindəki növbəti yazısı, Təranə Vahidin aparıcılığındaNaşirjurnalıyla birgəDiskussiya klubu”, Fərid Hüseynin essesi, eləcə nəsr əsərləri ilə bağlı fikir rəyini ifadə edib: “Üzvü olduğum jurnalist qurumlarının keçirdikləri yazı müsabiqələrində ara-sıra ekspert oluram. Yazıları 10 ballıq sistemlə qiymətləndiririk. İndi ürəyimdən keçdi ki, adət etdiyim kimi, “Ulduzun bu sayını da 5 balla qiymətləndirim! Sərlövhənin məntiqində bu var. Amma arzulayıram ki, bu “5”i neçə ballıq şkalayla verdiyimi daha vacib ekspertləroxucular ayırd etsinlər!”

Ekspert rəyini Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, şair Elşad ƏrşadoğlununÖzüylə söhbəti izləyir. 

Pərvin Nurəliyeva bu dəfəBenefislayihəsində Xalq yazıçısı AnarlaFilm kimisöhbətini təqdim edib.

JurnalınƏdəbiyyat qəzetiilə birgə layihəsi – “Variasiyada Alla AxundovanınQısqancşeirinin dilimizə ən yaxşı tərcüməçisi yazıçı Yaşarın dəyərləndirməsi ilə məlum olub: Nəsir Əhmədli. Jurnalda qalibin tərcüməsi ilə yanaşıQısqancın digər tərcümələri öz əksini tapıb.

Təranə Vahidin təqdimatındaYerdə axtardığımız göy şairiyazısında Hüseyn Cavidin ev-muzeyindən reportaj qələmə alınıb. 

Dərginin bu sayında VarisinApokalipsis”, Günel TreununBöhtanhekayələri çap olunub.

Sevinc MürvətqızınınSənə olan eşqimi sənə alçaltmaramyazısında bu il 40 yaşını tamamlayanBaladadaşın ilk məhəbbətifilmi ilə bağlı ekran əsərinin yaradıcı heyətibaş rol ifaçıları Şamil Süleymanov, Ruhəngiz Musəvi, rejissor Fikrət Əliyev kinoşünas Aygün Aslanlı ilə söhbətlər təqdim edilib.

Əyyub QiyasınDarıxmaq... adamı darıxmağa qoymayan adamın portretiyazısı dərgininRəngarəngrubrikasında oxucuların ixtiyarına verilib.

İlqar Fəhminin tərcüməsində Jan de Labruyerin aforizmləri, maksimaları düşüncələri əsasında variasiyalarQısa fikirlər xəzinəsibaşlığı altında yer alıb.

Ulduzjurnalı ilə ayb.az saytının birgə layihəsində İlham Abbasov bu dəfə ədəbiyyat üzrə Nobel mükafatçısı Karl Şpittelerdən bəhs edib.

Dərgidə kitablayihəsində Şəhriyar del Geraninin yaradıcılığı oxuculara təqdim olunub.

S.ABDULLAYEVA

 





21.06.2014    çap et  çap et