525.Az

Qafqaz Universitetində yanğın olub


 

Qafqaz Universitetində yanğın olub<b style="color:red"></b> Ötən gecə Qafqaz Universitetində yanğın olub.
 
APA-nın məlumatına görə, hadisə universitetin Xırdalan şəhərinin Heydər Əliyev küçəsində yerləşən binasında baş verib.
 
Jurnalistlər hadisə yerinə buraxılmayıb. Universitetin inzibati işlər üzrə müdiri Sultan RüstəmovAPA-ya bildirib ki, yanğın universitetin bufetində qeydə alınıb. Onun sözlərinə görə, bufetdəki soyuducunun elektrik naqillərindəki qısaqapanma nəticəsində alışma baş verib. Yanğın təxminən 25 kvadrat metr ərazini əhatə edib.
 
Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Xırdalan hissəsinin yanğınsöndürmə briqadaları cəlb olunublar. Yanğının genişlənməsinin qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
 





21.06.2014    çap et  çap et