525.Az

İranla daha bir nəticəsiz danışıq


 

İranla daha bir nəticəsiz danışıq<b style="color:red"></b> İranın atom-nüvə problemi üzrə Tehranla  "altılıq" (ABŞ, Almaniya, Britaniya, Fransa, Çin və Rusiya) ölkələrinin təmsilçiləri arasında keçirilən 5 günlük  danışıqlar nəticəsiz başa çatıb.
 
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, İranın xarici işlər naziri Məhəmmədcavad Zərif bildirib ki,əsas məsələlərlə bağlı razılıq əldə edilməyib.
 
“Bəzi məsələlərlə bağlı razılaşma mümkündür, ancaq bəzilər ilə bağlı yox. Razılaşma da sözdən çox mötərizə var”-deyə, iranlı diplomat vurğulayıb.
 
Danışıqlarda iştirak edən ABŞ nümayəndə heyətinin başçısı, dövlət katibinin müavini Vendi Şermanın sözlərinə görə, beynəlxalq vasitəçilər nüvə proqramının dinc məqsədli olması ilə bağlı İranın təminatına tam əmin deyillər.
 
“Altılıq” dövlətləri İrandan nüvə silahı istehsal etməyəcəyinə dair tam təminat istəyir. Tehran isə nüvə proqramının “istisnasız olaraq dinc xarakterli” olduğunu israr edir.
 
Xatırladaq ki, danışıqların növbəti mərhələsinin iyulun 2-də keçiriləcəyi nəzərdə tutulub.
 





21.06.2014    çap et  çap et