525.Az

Goranboyda dələduzluq edən dəstə ələ keçib


 

Goranboyda dələduzluq edən dəstə ələ keçib<b style="color:red"></b>

Özlərini yüksək rütbəli vəzifəli şəxslərin yaxın qohumu kimi təqdim edib sadə vətəndaşların 20 min manat pulunu dələduzluq yolu ilə ələ keçirən şəxslər Goranboy Rayon Polis Şöbəsinin əməliyyatçıları tərəfindən saxlanılıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, Nərimanov Elmir Təyyar oğlu və  tanışı Sadıqov Nemət Kərim oğlu 2012-ci ildə Zaqatala rayonu Muğanlı kənd sakini Məmmədov Ramin Məhəmməd oğluna güzəştli kredit düzəltdirəcəklərini vəd verib Bakı şəhərində onun 5000 manat pulunu ələ keçiriblər.
 
Bundan başqa  2013-cü ildə Goranboy rayon Azad kənd sakini  Məmmədov Anar İbrahim oğlunun Qaradağ Hərbi Prokurorluğunda barəsində aparılan cinayət işinin icraatına xitam verdirəcəklərini deyərək onun atası İbrahim Məmmədovdan əvvəlcə 10 min manat, bir neçə gündən sonra isə daha 5 min manat pul alıblar.
 
Vətəndaşların şikayəti əsasında saxlanılan Nərimanov Elmir Təyyar oğlunun Abşeron Rayon Polis Şöbəsinin istintaq bölməsi tərəfindən axtarışda olduğu müəyyən edilib. Hal-hazırda onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 , 178.2.4, 178.3.2- ci maddələri ilə cinayət işi başlanıb.

 





21.06.2014    çap et  çap et