525.Az

Televizorlar üçün ən iri ekran istehsalçısının adı məlum olub


 

Televizorlar üçün ən iri ekran istehsalçısının adı məlum olub<b style="color:red"></b> Cənubi Koreyanın “Samsung Display” şirkəti cari ilin birinci rübündə bazarda 24 faiz paya sahib çıxmaqla televizorlar üçün ən iri maye-kristal panellər istehsalçısı olub.

525.az-ın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, əvvəlki lider “LG Display” şirkətinin payı 21,6 faiz təşkil edib. Bu barədə “DisplaySearch” analitik şirkətinin hesabatında deyilir. 
 
Şirkət analitiklərinin qiymətləndirməsinə görə, 2014-cü ilin yanvar-martında “Samsung” 13,7 milyon “LCD” televizor paneli tədarük edib ki, bu da bir il əvvəlin göstəricisindən 12,2 faiz çoxdur. Cənubi Koreyanın digər istehsalçısı “LG” şirkətində bu məhsulun tədarükü əksinə, 5,9 faiz azalaraq 12,3 milyon ədəd təşkil edib. Ekspertlər “Samsung”un liderliyini Çində yeni zavodun işə salınması və panellərin qiymətinin aşağı salınması ilə izah edirlər. Qiymətlərdə güzəştlərin edilməsi nəticəsində ekran istehsalçısının bazar payında artımın olmasına baxmayaraq televizor biznesində gəliri cüzi artıb.
 
Ortaölçülü panellərin tədarükünə görə "Samsung” hələ də rəqibindən xeyli geri qalır. Birinci rübdə Cənubi Koreya şirkətlərinin monitor və noutbuklar üçün displeylər bazarında payları müvafiq olaraq 12,4 və 14,1 faiz olduğu halda “LG”-nin bu sahədə payı 28,4 və 31,9 faiz təşkil edib. Həmçinin “LG” ardıcıl 18 rübdür ölçüsü 9,1 və daha yuxarı düym təşkil edən panellərin buraxılışının sayında, “Samsung” isə kompakt məhsullar seqmentində liderlik edir.
 
Birinci rübdə “Samsung Display” iki ildə ilk dəfə olaraq 80 milyard von (78,2 milyon dollar) məbləğində əməliyyat itkisi ilə üzləşib. “LG Display” 94,2 milyard von (92,1 milyon dollar) məbləğində əməliyyat gəliri əldə edib, - "3DNews” yazır. 
 





21.06.2014    çap et  çap et