525.Az

Bakıda bir uşaq 8-ci, digəri 4-cü mərtəbədən yıxılıb


 

Bakıda bir uşaq 8-ci, digəri 4-cü mərtəbədən yıxılıb<b style="color:red"></b> Bakıda 8-ci və 4-cü mərtəbədən yıxılan iki azyaşlı uşaq sağ qalıb.

Respublika Neyrocərrahiyyə Xəstəxanasından APA-ya verilən məlumata görə, hadisələrdən biri dünən paytaxtın Mehmandarov küçəsi ev 100, mənzil 23 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan 3 yaşlı Rəvan Vüqar oğlu Qəniyev 8-ci mərtəbədən yıxılıb. Uşaq ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
 
Digər hadisə isə Nizami rayonu, Çobanzadə küçəsi ev 47, mənzil 68-də qeydə alınıb. Həmin ünvanda yaşayan, 4 yaşlı Aylin Vahid qızı Hüseynova dördüncü mərtəbədən yıxılıb. Uşaq xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
 
Hər iki faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, araşdırma aparılır.
 





21.06.2014    çap et  çap et