525.Az

İranın Fars əyalətində zəlzələ olub, evlərə ziyan dəyib


 

İranın Fars əyalətində zəlzələ olub, <b style="color:red">evlərə ziyan dəyib</b> Bu gün İranın Fars əyalətinin Baba Monir şəhərində Rixter cədvəli üzrə 5,1 bal gücündə zəlzələ baş verib.

Bu barədə Trend İran televiziyasının rəsmi xəbər saytı iribnews-a istinadən məlumat verir.

Tehran Universiteti Geofizika İnstitutunun Seysmik Mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 03:24-da baş verib.

Məlumata əsasən, zəlzə nəticəsində Baba Monir şəhərində evlərə ziyan dəyib və bəzi evlər dağılıb.

Hələlik ölən və yaralananlar barədə məlumat yoxdu.
 





21.06.2014    çap et  çap et