525.Az

Fransa prezidenti Türkiyə baş naziri ilə Azərbaycan qazının Avropaya ixracını müzakirə edib


 

Fransa prezidenti Türkiyə baş naziri ilə Azərbaycan qazının Avropaya ixracını müzakirə edib<b style="color:red"></b>

Parisdə səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Fransua Ollandla görüşüb.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, 1 saat davam edən görüşdə F. Olland Avropanın enerji təhlükəsizliyi məsələsini gündəmə gətirib.
 
Tərəflər Azərbaycan qazının Avropaya ixracında önəmli rol oynayacaq Trans Anadolu Qaz Kəməri (TANAP)  layihəsi barədə geniş müzakirə aparıblar.
 
Görüşdə əsas müzakirə mövzuları sırasında İraq və Suriya böhranları da yer alıb. F. Olland Suriya məsələsində olduğu kimi İraq böhranında da Fransa və Türkiyənin eyni mövqedə olduğunu qeyd edib.
 
F. Olland Ərdoğandan Suriyada döyüşməyə gedən cihadçı fransız gənclərin Türkiyə üzərindən Suriyaya keçmələrinin qarşısını almaq üçün nəzarətin gücləndirilməsini istəyib. Ərdoğan isə Türkiyənin turizm ölkəsi olduğunu, buna görə də nəzarəti həyata keçirməyin çətin olduğunu qeyd edib.
 
Türkiyə baş naziri 22 fransız gəncin ölkədən çıxarıldığını, bölgədə hazırda 200-ə qədər fransız gəncin olduğunu nəzərə çatdırıb. O, fransız gənclərin Türkiyə üzərindən Suriyaya keçməsinin əngəllənməsi üçün Fransanın siyahı təqdim etməsini istəyib.

 





21.06.2014    çap et  çap et