525.Az

DİN Bakıda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb


 

DİN Bakıda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb<b style="color:red"></b> Daxili İşlər Nazirliyi (DİN) ötən gün Bakıda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb.
 

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyunun 20-də saat 15.00 radələrində Qaradağ rayonu Lökbatan qəsəbəsinin ərazisində İran vətəndaşı Vəli Sərbazın idarə etdiyi “Howo” markalı yük avtomobili ilə Bakı şəhər sakini Elşən Allahverdiyevin idarə etdiyi “İveco” markalı 196 saylı xətt avtobusu toqquşub.
 
“İveco”da olan 10 nəfər sərnişinə xəstəxanada ilkin tibbi yardım göstərilib.
 
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
 





21.06.2014    çap et  çap et