525.Az

Xalq Şairi Hüseyn Arifin 90 illik yubileyi qeyd olunub


 

Xalq Şairi Hüseyn Arifin 90 illik yubileyi qeyd olunub<b style="color:red"></b> İyunun 20-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində xalq şairi Hüseyn Arifin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
 
İdarədən APA-ya verilən məlumata görə, tədbir xalq şairi Hüseyn Arifin həyat və yaradıcılığını əks etdirən videoçarxın nümayişi ilə başlayıb.
 
Bakı Slavyan Universitetinin müəllimi, filologiya elmləri doktoru Rüstəm Kamal, xalq şairi, Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub şair haqqında fikir və xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.  
 
Yubiley tədbirində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Fəzail Miskinli “Dilqəmi” və “Ruhani” aşıq musiqilərini ifa edib, Gənc Tamaşaçılar Teatrının aktyoru Vüsal Mehrəliyev “Azərbaycan simfoniyası” və “Günlər olaydı” şeirləri ilə çıxış edib.
 
Şairin qızı Zöhrə Hüseynzadə çıxış edərək tədbirin təşkilinə görə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinə təşəkkürünü bildirib.
 





21.06.2014    çap et  çap et