525.Az

Qazaxda hərbçi minaya düşdü


 

Qazaxda hərbçi minaya düşdü<b style="color:red"></b> Azərbaycan Ordusunun hərbçisi minaya düşüb.
 

APA-nın məlumatına görə, hadisə cəbhənin Qazax istiqamətində qeydə alınıb.
 
Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu, kiçik çavuş Orxan İlqar oğlu Hacıyev mina partlaması nəticəsində xəsarət alıb.
 
Yaralı hərbçi hospitala yerləşdirilib, vəziyyəti ağırdır.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
 





23.06.2014    çap et  çap et