525.Az

“Gürcüstan Azərbaycan iqtisadiyyatından doyunca bəhrələnir, lakin Ermənistana xərcləyir”


 

“Gürcüstan Azərbaycan iqtisadiyyatından doyunca bəhrələnir, lakin Ermənistana xərcləyir”<b style="color:red"></b>

Azərbaycanla Ermənistan arasında bərabərlik işarəsi qoyan Gürcüstan iki tale yüklü parametri inkar edir”. Belə bir açıqlama ilə keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu çıxış edib.

Politoloqun fikrincə, hazırda Gürcüstanda iki proses yanaşı gedir. Bunlardan biri Azərbaycana, onun real təhlükələrinə laqeydlik, digəri isə Ermənistanın real siyasətinin mahiyyətini dərk etməməkdir. M.Əhmədoğlu deyib ki,bu gün Gürcüstan əhalisi ictimai-siyasi mühiti Azərbaycan Türkiyəni təhlükə kimi qəbul edir: “Gürcüstanın ictimai-siyasi mühiti Azərbaycandan Türkiyədən gələn fayda ilə təhlükə arasında balans axtarmaqla məşğuldur: Bu müsəlman dövlətlərinin təhlükəsini başa düşürük, amma onların pulu olmadan keçinə bilmərik. Bu, ermənilərin gürcülərə etdiyi ideoloji diktəyə gürcülərin verdiyi cavabdır. XX əsrin əvvəllərində ermənilər təkcə Azərbaycana qarşı ərazi iddiası irəli sürməmişdilər. Azərbaycana qarşı vuruşduqları kimi Gürcüstana qarşı da vuruşurdular. SSRİ dağılarkən ermənilərə Qərbdə tələbat yarandı. Bu zaman ermənilər dərhal CavaxetiyadaGürcüstanın ermənilər məskunlaşmış regionunda vəziyyəti gərginləşdirdilər. Qərbdəki havadarları erməniləri başa saldılar ki, Qərb ateist SSRİ deyil. Amma xristian Ermənistanın xristian Gürcüstanından torpaq qoparmasını Qərbə başa salmaq çətin məsələdir. Nəticədə Ermənistan öz ərazilərinə birbaşa söykənən Cavaxetiyada münaqişəni dayandırıb, coğrafi cəhətdən özlərindən uzaqda olan Dağlıq Qarabağda münaqişəni başladılar”.

M.Əhmədoğlu hesab edir ki, ermənilərin əlinə imkan düşən kimi Cavaxetiyada vəziyyəti gərginləşdirəcəklər: “Abxaziya Osetiyadakı proseslərdə ermənilərin rolu bunun daha bir təsdiqidir. Gürcüstanın Ermənistanla bağlı siyasətində ABŞ-ın da rolu var. Gürcüstanı Rusiyanın üstünə təhrik edən ABŞ idi. Gürcüstan özünün milli maraqlarına təhlükəsizliyinə xidmət edən siyasətini qurmalı aparmalıdır”.

Mərkəzin direktoru qeyd edib ki, Gürcüstan Azərbaycan iqtisadiyyatından doyunca bəhrələnir, lakin Ermənistana xərcləyir: “Dünyada ən bahalı qaz tranziti Azərbaycan qazının Gürcüstan ərazisindən nəqlidir. Əhali arasındakı humanitar-iqtisadi əlaqələr Gürcüstanda iqtisadiyyatın inkişafında güclü rol oynayır. Azərbaycandan ayrılan investisiyalar da öz yerində. Ermənistan Gürcüstanın iqtisadi kommunikasiya resurslarından öz xeyrinə istifadə edir. Gürcüstan Azərbaycandan qazanır, Ermənistana xərcləyir. Gürcüstanın ictimai-siyasi mühiti Gürcüstandan qazanan Ermənistanla Gürcüstanı dolandıran Azərbaycan arasında bərabərlik axtarır. Bu bərabərliklə Gürcüstan Azərbaycanın xeyirxahlığını, yaxşı qonşuluğunu inkar edir. Eləcə gürcülər ermənilərin gürcülərə qarşı təcavüzkarlığını hərbi təhlükəliliyini inkar edirlər. Hər iki inkar Gürcüstanın strateji taleyində həlledici rol oynaya bilər”.

Onun sözlərinə görə, İranın Naxçıvanla dəmiryolunu açmaq təklifi ilə ermənilərin Naxçıvanla sərhəddəki aktivliyi təsadüfi olmaya bilər: “İran Mehri dəmiryolunun fəaliyyətə başlamasında israrlıdır. Burada İranın bir neçə istiqamətdə maraqları var. Əvvəla, Mehri dəmiryolunun açılması bu ərazidə təhlükəsizliyin təmini üçün mühüm dəlildir. İkincisi, Araz Azad İqtisadi Zonasının fəaliyyəti Mehri dəmiryolunun işə düşməsindən birbaşa asılıdır. Üçüncüsü, İran hətta Muğan regionlarını da bu dəmiryoluna qoşmaqla həm Azərbaycan, həm özünün digər regionları ilə dəmiryolu kommunikasiyası yaratmaq istəyir. Dördüncüsü, İran siyasi ambisiya nümayiş etdirir. Özlərini rusların strateji müttəfiqi adlandıran ermənilər Rusiya kommunikasiyasının Cənubi Qafqazda zəifləməsi üçün əlindən gələn hər şeyi etdilər. Rusiyanın Cənubi Qafqazda etibarlı, davamlı işlək qabiliyyətinə malik kommunikasiyası yoxdur. Sovet dövründə Abxaziya dəmiryolu işlədiyi, gürcü limanlarının fəaliyyətdə olduğu halda Ermənistana yüklərin 85%-i Mehri dəmiryolu vasitəsilə daşınırdı. Eləcə Mehri dəmiryolu Moskvanı Tehranla əlaqələndirirdi. Mehri dəmiryolu SSRİ-nin Türkiyə sərhədinə alternativ kommunikasiyası idi. Rusiyanı bütün bunlardan siyasi müttəfiqi Ermənistan məhrum etdi. İndi İran regionda kimin kim olduğunu nümayiş etdirmək istəyir”.

Mərkəzin direktorunun fikrincə, Mehri dəmiryolunun fəaliyyətə başlamasında İranın beşinci marağı daha təsirlidir: “İran Türkiyə ilə münasibətlərini istiləşdirir, bu istiləşmədə dəmiryolu əlaqəsinə xüsusi rol ayrılıb. Yaxın onilliklərdə İranla Türkiyə arasındakı bu funksiyanı Mehri dəmiryolu yerinə yetirəcək”.

Politoloq qeyd edib ki, İranın Mehri dəmiryolunu işə salması ideyası Ermənistanın daxilində tədricən dəstək qazanır: “Bu ideyanıNaxçıvantəşəbbüs mərkəzi dəstəkləyir. “Naxçıvantəşəbbüs mərkəzinin fikrincə, Mehri dəmiryolu barədə İranın planının reallaşması Ermənistanın Rusiyanın müstəmləkəçiliyindən xilas olması deməkdir. Bir müddətdən sonra Ermənistan İran vasitəsilə qüdrətlənib müstəqil geosiyasət aparmağa hazır olacaq. ƏlbəttəNaxçıvantəşəbbüs mərkəzinin üzvlərinin Naxçıvanı guya qaytarmaqla bağlı fikirləri İranpərəstliklərini əsaslandırmaq üçündür utopik düşüncədən başqa bir şey deyil”.

M.Əhmədoğlu hesab edir ki, İranın Mehri dəmiryolu ilə bağlı ideyasının gerçəkləşməsinin Ermənistanda əlavə daha iki zəmini var: “Birincisi, İran-Ermənistan dəmiryolu layihəsi müzakirə olunarkən Ermənistan hökuməti Mehri dəmiryolunun açılmasının mümkünlüyünü inkar etməmişdi ola bilər, bu barədə mətbuata məlumat bilərəkdən sızdırılmışdı. İkinci zəmin Ermənistanın indi İrana yalvaran vəziyyətə düşməsindədir. Vaxtilə İran Ermənistana hər şeyi vəd vermişdi. Ermənistan İranın əlilə Azərbaycanı məhv etmək istəyirdi. Ermənistan İranın 7,7 milyardlıq investisiya proqramını bir az da artırmaq istəyirdi. Ermənistan Qərbin antiiran sanksiyalarına riayət etməklə İranı qeyri-sivil vəziyyətdə işləməyə məcbur edirdi. İran bezdi, Ermənistandan əl götürdü. Baş nazir O.Abramyan başda olmaqla bütün nazirlər İrana yalvarırlar. İndi İran Ermənistanda real nüfuza malikdir”.

Pərvanə

 





23.06.2014    çap et  çap et