525.Az

Milli Qəhrəman Gültəkin Əsgərovanın anım günü keçirilib


 

Milli Qəhrəman Gültəkin Əsgərovanın anım günü keçirilib<b style="color:red"></b>

Dünən Nizami Kino Mərkəzində Milli Qəhrəman Gültəkin Əsgərovanın anım günü keçirilib. Anım mərasimi bəstəkar Sevda İbrahimovanın bəstələdiyi, vokalçı Ramil Qasımovun ifa etdiyiGültəkinpoeması ilə başlayıb. Tədbirdə Milli Qəhrəmanın anası, Şəhid Anaları Cəmiyyətinin sədri Rəfiqə Əsgərova çıxış edərək, G.Əsgərovanın keçdiyi döyüş yolundan danışıb. O, tədbirdə müəllifi olduğu yeni çapdan çıxanGültəkin zirvəsikitabını təqdim edib, kitab haqqında məlumat verib.

Daha sonra Milli Məclisin deputatı Qənirə Paşayeva çıxış edib.  O, Milli Qəhrəmanın şərəfli ömür yolunun gənc nəslə örnək olduğunu,  belə tədbirlərin gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını vurğulayıb.

Mərasimdə Kino xidməti idarəsi rəisinin müavini Cəmil Xəlilov Gültəkin Əsgərovanın keçdiyi döyüş yolundan söz açıb. Bildirib ki, Gültəkin Əsgərova hərbi həkim kimi onlarla insanın həyatını xilas edib, 1992-ci il iyunun 20- Aranzəmin-Naxçıvanik istiqamətində gedən ağır döyüşlərdə öz xidməti borcunu yerinə yetirərkən qəhrəmancasına həlak olub şəhidlik zirvəsinə ucalıb. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Prezidentinin 1993- il 20 noyabr tarixli fərmanı ilə ölümündən sonraAzərbaycanın Milli Qəhrəmanıadına layiq görülüb. Qeyd edək ki, 26 İyunAzərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Mədəniyyət Turizm Nazirliyinin, rayon mədəniyyət turizm şöbələrinin Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Kino Xidməti İdarəsinin təşkilati dəstəyi iləMilli Qəhrəmanlarsənədli filmlər həftəsi keçirilir. Bu səbəbdən   şəhər icra hakimiyyəti aparatının kino xidməti idarəsi tərəfindən G.Əsgərova  haqqında çəkilmiş sənədli filmin   təqdimatı  olub. Filmin rejissoru Kəmalə Musazadədir.

SondaGültəkinsənədli filmi nümayiş etdirilib.

Samirə QULİYEVA

 





23.06.2014    çap et  çap et