525.Az

Cəsarət Valehov: “Sınaq qiymətləndirmə bölgələrdə də keçiriləcək”


 

Cəsarət Valehov: “Sınaq qiymətləndirmə bölgələrdə də keçiriləcək”<b style="color:red"></b>

Dünən Təhsil Nazirliyinin təşkilatçılığı ilə 50-dək jurnalist Şəki şəhərinə səfər edib. Səfər çərçivəsində Şəkidə Təhsil Nazirliyi rəsmilərinin iştirakı ilə tədbir keçirilib. Azərbaycan Müəllimlər İnstitutunun Şəki Zaqatala filiallarının tələbələri, təhsil ekspertləri, Qax, Zaqatala, Balakən, Qəbələ Oğuz rayonlarının təhsil şöbələrinin müdirləri, müəllimlər digər şəxslərin iştirak etdiyi tədbirdə nazirliyin şöbə müdiri Aydın Əhmədov təhsildə həyat keçirilən islahatlar haqqında məlumat verib. Formativ qiymətləndirmənin hər bir uşağın inkişafını izləməyə imkan verdiyini deyən A.Əhmədov qeyd edib ki, bu məsələ sinfin səviyyəsini müəyyən etmək üçün vacib amildir.

Təhsil Nazirliyinin QHT KİV- sektorunun müdiri Cəsarət Valehov isə yaxın zamanlarda Bakıda keçirilən sınaq qiymətləndirməsinin bölgələrdə keçiriləcəyini bildirib. Kurrikulum barədə məlumat verən nazirlik rəsmisi bunun  təhsildə bir istiqamət olduğunu bildirib.

Təhsil eksperti Asif Cahangirov isə təhsildə yeni yanaşmalar mövzusunda geniş çıxış edib.

 Qeyd edək ki, Şəkiyə səfər çərçivəsində media nümayəndələri 100-dən artıq yaşı olan ümumtəhsil məktəblərinin tanıdılması kampaniyası çərçivəsində bölgənin ən qədim məktəbi olan, 1831-ci ildən fəaliyyət göstərən Şəki şəhər 5 nömrəli tam orta məktəblə tanış olacaqlar. Eyni zamanda həmin məktəbin yetirməsi, Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynovla bu təhsil müəssisəsində görüş keçiriləcək.

Vəfa MƏMMƏDLİ

 





23.06.2014    çap et  çap et