525.Az

Sənsən deyən, mən burdayam!


 

Sənsən deyən, mən burdayam!<b style="color:red"></b>

2014- ilin aprel ayında Praqa şəhərində keçirilən beynəlxalq məclisdə iştirak etməyən Türkiyə Respublikasının ünvanına açıq-aşkar böhtanlar yağdıran Ermənistanın bişərəf işğalçı prezidentini ifşa edən, susduran möhtərəm Prezidentimiz cənab İlham Əliyev bütün dünyaya bəyan etdi ki, bu tədbirdə Türkiyə Respublikasının nümayəndəsi yoxdur, amma mən buradayam...

 

Sənsən deyən 

   Mən burdayam,

       Buradayam kəlməsini.

Dünya bir eşitdi o

Qəzəb dolu haqq səsini,

  Gur səsini,

      Vətən oğlu!

Mən-Türkiyə! Deyən sənsən.

Azərbaycan! Deyən sənsən.

Quldurbaşı yaramaza,

Yox, sus, dayan! Deyən sənsən.

O dağ dedi- mən burdayam!

Torpaq dedi-mən burdayam!

Hər budaq bir tüfəng oldu,

Bayraq dedi-mən burdayam!

Bu xalq dedi-mən burdayam!

 

Biz hamımız

Mən burdayam sədasından

Vəcdə gələn bir əsgərik.

Qoy eşitsin dünya bizi

Səngərlərə səfərbərik!

 

Gözlərimiz baxa-baxa

Necə dözək bu həsrətə?!

Necə dözək bu dəhşətə,

Yollarımız-Qarabağa!

 

Dəstə-dəstə,

Axın-axın

Dönəsiyik Şuşamıza!

Səmalardan qartal kimi

Enəsiyik Şuşamıza!

 

Sən bu yurdun

Torpağında, havasında,

Suyundasan, daşındasan,

                        Vətən oğlu!

Möhtəşəm Türk

                        Ellərinin

Ürəyinin başındasan,

    Vətən oğlu.

 

YERALTI QATARLARIN SÖHBƏTİ

 

Nərimanov metrosunda

Şərqə tərəf gedən qatar

Salam verdi

Cənuba gedən qatara.

, necəsən, qardaş

Buradan yolun hara?

Cənuba gedən qatar

Bir ah çəkdi dərindən.

Az qala güllə çıxsın

Köhnəlmiş fit yerindən.

bilim, Vallah,

Adı çox qəribədi

Gənclikdeyirlər, nədi,

Gənclik”-

insan ömrünün bir halı.

Bəlkə yoldaş Nərimanova

Verək biz bu sualı...

Şərqə üz tutan qatar

Bir balaca titrədi,

Aldı görək, dedi:

Gərək bir savadlı tapaq

Şikayətimizi yaza

Mən yola düşürəm

Səma cismiUlduza...

BuUlduznədir axı,

Bizlərin günahı?

Bizim Bakı merinə

İradımız var,

Məşhur adam adları,

Gül kimi

Yer adımız var:

Göygöl, Qırxqız, Şahdağ,...

Gəncə, Naxçıvan,

     Qarabağ...

Şair Bəxtiyar, Şəhriyar

Yusif kimi Neft alimi,

Babadağ, Murov

    Ziya Bünyadov...

Rəssam Səttar

Yəqin yeni metrobaşı

Səni,məni

Qınamaz qəti!

 

Yaxşı, Cənuba

Gedən qatar

Quraraq bu söhbəti

Bura Yerin altdı

    Bizi eşidən olar...

   

ŞAİRİN YAZ YAĞIŞI

 

Birdən

Göy top atdı-

            Bulud hürkdü,

Şair diksindi,

Yağış başladı,

            başladı...

Bir zümrüd talada

Az qala çıxsın yadından

    şairin adı.

Qoşa əllərilə

Yer kürəsinə bənzər

yum-yumru

    başını tutdu.

Qanad-qanad

Yaddaşına yığdığı

Göyərçin qafiyələri

    tamam unutdu...

Çətri altına

Yüyürdü vələsin

Buludlar  tələsirdi,

Buludlar da istəyirdi

Bu gurhagur suları

Şairin təpəsinə

    ələsin...

Bu yağış kimi

            Şairin məzəli, qəribə

                        ovqatı vardı.

Bir ayıldı ki,

    bütün qafiyələri

    Bu yağış

Beynindən yuyub apardı...

Boş qaldı başı...

Qoşulub buludlara

Hara uçdu, hara getdi yaddaşı?..

Bəlkə sənin xəbərin var

Çətir tutmuş vələs, heyy!

Durma, şair

Misraların çəməninə tələs, heyy!

Yağış yenə yağa bilər,

    Misraların islanar...

   

ALLAHA AND OLSUN ...

 

Göylərə and olsun ki,

Gözüm yox filankəsin

    Var-dövlətində.

Allah var eləsin!

Kasıb düşüb qalsam

Darda, çətində

Ola bilər ki, kiməsə

    ağız açım.

Kiməsə deyə billəm

Nəyə var ehtiyacım...

Özüm kimi köhnə evimin

Maşallah-işığı, qazı...

Mən ondan razıyam

O, məndən razı...

Bir az çat verib papağı

Onu da dəyişərik

İnşallah, qışqabağı...

Uşağımın ayaqqabısını,

Qadınımın paltarını,

Süfrəmin bərəkətini

Çörəyini, soğanını,

    ətini

Allaha and olsun ki,

Halalca puluma

    almışam.

Rahata açar qapını  mələklər

Səhər-axşam...

 

...Bilirəm, günlərin bir günü

Əcəl gələsidir

    üzü bəri...

Keçib neçə-neçə

    imarətləri,

Keçib neçə-neçə alabəzək

Sarı, qonur,

    göy hasarı...

Səmadan bir əl enəcək,

Qaldıracaq cənazəmi göyə sarı...

 

Səndən o tərəfə

 

Üstünə gedəsi kimsəm qalmayıb,

Bəlkə indi durum yanına gəlim.

Hər tanış-bilişə söz demək-ayıb.

Gəlsəm sevinərsən gəlim, gözəlim?!

 

Zəng çalan, halımı soran hanı ki...

Kimə deyəsən ki, var, yoxdu?

Biganə kəsləri sən tanı ki,

Nətəsi, kəlməsi qardan soyuqdu...

 

Hər yoldan ötənin yolundan keçmə.

Səni bilməyənlə sənin işin?

Qadın tanıyaram

     ər-ona heç ,

Kişi var evində-

     kirayənişin...

 

Mənim gümanım yox gur işıq yana.

Bir şam şöləsinə uzandı-əlim.

Bulaq üstə gedər ürəyi yanan

Bəlkə indi durum yanına gəlim...

 

Səndən o tərəfə yol-yox,

     gözəlim....

 

TÜFƏNG

 

Özünə bir tüfəng aldı,

Quş görüncə quşa atdı.

Bilmədi bu necə haldı,

Daş görüncə daşa atdı.

 

Qundağını parıldatdı,

Gülləsini sığalladı.

Gecə böyrünə uzatdı.

Desinlər ki, ağıllıdı...

 

Niyyəti aydın, açıq

Dedi: pələng, qarşıma çıx!

Sinəni dağladım sənin.

Ananı ağladım sənin.

 

Dağlara meydan oxudu,

Qayalara lağ eylədi.

Daha qorxusu yox idi,

Bir gecə lap eylədi:

Bəsdir, atdın dağa, daşa...

Tüfənginin lüləsini

Tuşladı bir vətəndaşa...

 

Məmməd Aslan

 

Yeri, yol sənindi,

yolun haqdısa

Qorxu yox, üzünə Tanrı baxdısa...

Bir palıd köksündə yuvan yoxdusa,

Daha havalanıb uçmağa dəyməz.

 

Dağların yay ömrü-mülayim, həzin.

Getdiyin dağlarda doyunca gəzin.

Üzü üzlər görmüş qədirbilməzin

Adına misralar qoşmağa dəyməz.

 

Sən-Məmməd,

Mən-Ramiz,

     Şuşamız hanı?!

Bu oğru, bu quldur dünyanı tanı!

Bizləri şeytana satan dünyanın

Sürtük qapısını açmağa dəyməz!

Yeri, Məmməd Aslan,

     Gücün var, yeri....

  

FUTBOL

 

Futbol oynayırdım

    uşaqlığımda

Dəstəylə cumardıq

    meydana-haydı!..

Oyunda dönərdik

    alova, oda,

Qapıçı durardım-

    Boyum ucaydı...

Eh, top buraxmışam,

    yalan deyim,

Bu da bir oyundu,

    bu da bir işdi.

Yox idi heç kəsdən

    Vallah, gileyim.

O vaxt olan oldu,

    Keçən , keçdi...

Böyüdük, dağıldıq

    hərə bir yana.

Gördüm ki, topsuz da

    minbir oyun var.

Gördüm boz sifətlər

    axıb meydana

Top vurmaq qəsdilə

    qaçır adamlar.

Yaman hay-həşirdi,

    lap başabaşdı.

Hamı hücumdadı-

    qapıya sarı.

O kimdi topunu

    topuqan asdı

Gözü axtarırdı

    boş qapıları...

Mənim  oyunlarda

    adım yox idi,

Məni kim aldatdı,

    hara baxmışam?

Hakim fitin verdi,

    hökmün o

xudu...

Ay aman, qapımdan

    top buraxmışam...

Bu oyun məzədi,

    hoqqadı nəsə...

Qalibi, məğlubu kim yoza bilər?

Əgər üzü dönsə,

    hakim istəsə

Güclünü gücsüzə

    uduza bilər...

...Yəqin kimsə deyib:

    Bircə top-bəsi...

Bizim xorumuzda

    Yeri yox hələ...

Mən duran qapıya

    top vuran kəsin

Məmməd Araz demiş:

    Beləsi belə...

   

SATASI NƏYİ QALDI ...

 

Satmağa nəyi qaldı ki...

Satdı...

Satıb aldı ki...

Sata-sata qocaldı ki...

Nənəsindən qalmış

Altı gümüş qaşığını

satdı...

Elə bil gözlərinin

işığını satdı...

Yuumurtlayan toyuğunun

Vaxtı yetişdi.

Onu tutunca əldən düşdü,

Heyi kəsildi.

Bu yosma toyuğa

Yaman öyrəşmişdi

Neçə ildi...

Cırıl

dayan divanın yeri

Qarayaraya dönüb,

Sızıldayır, ay aman.

Bu qadın dəli olub, nədi,

Düyüncəsindəki qəpik-quruşu

Xəzinə sayır, ay aman!

Günlərin bir günü

Baxmadı soluna, sağına,

Dərdini kilim kimi

Bürmələyib

Vurdu qoltuğuna

Çıxardı bazara:

Ay dərd alan!...

Ucuz satıram, ucuz!..

Dərddən qiymətli var?

Çölə atıram, ucuz...

Ay dərd alan!...

Baş tutmadı

alış-verişi.

Bacarmadı bu işi...

Hanı dərdin müştərisi?

İstədi dərdi satıb

Bir balaca sevinə,

Əliboş qayıtdı evinə...

Gözü paslanmış pəncərədən

Sallanan pərdəyə sataşdı.

Pərdəli xatirələr

Eh, daha nələr, nələr...

Dumana, küləyə dönüb

Bir-birinə dolaşdı...

Gecəyarıyadək çəkmədi

Pəncərədən gözünü...

Pərdə nəsə duymuşdu,

Sübh tezdən

Pəncərədən düşüb,

Həyətdəki ağacdan

Asdı özünü...

 

QADIN TELEFON AÇDI

 

Qadın özü tapmışdı

    Göndərişi

    istirahət evinə.

Kişi oturub təyyarəyə

    Getdi sevinə-sevinə.

Qadın çox istəyirdi

    Kişi getsin

    uzaqlara.

Dəxli yox idi hara...

Təki getsin,

    uzaq olsun!

Göndərişi verənin

    üzü olsun!

Qadın istəyirdi ki,

    əl-ayağına

    dolaşan olmasın.

Heç nədən nigaran qalmasın...

Balalar

    öz evində-eşiyində,

Qadınsa öz işində...

   

    ...Çöldə külək, soyuq,

Otaqda isti.

    Alışıb yanırdı

    divar sobası.

Bağ sahibi dilləndi.

yaxşı gəldin,

    qadası.

Sənsən, mənəm,         

     sərbəst olaq,

İstəsən lap məst olaq...

Birinci badədən

Qadının yanaqları

Divar sobasından

    Od alıb yanırdı.

Soba onlara baxıb

Bir az həya eyləyib,

utanırdı...

Mülayim bir avaz qatıb

    səsinə

Qadın telefon açdı

Uzaqdakı kişisinə.

Necəsən, canım, gözüm,

    qəti darıxma!

Ye, , gəz,

    heç nəyə baxma!

Sən yoxsan, tək qalmışam

    tez gəlsənə!

Daha deyim sənə...

 

...Badələr gülüşdükcə

Qadın sığallanırdı.

Sol əlində telefonu

Bıçaq kimi tutmuşdu...

Sağ əli yad kişinin

    Boynundan sallanırdı...

   

TƏNHALIQ

    

Öz-özünü səslədi,

                        çağırdı.

Hanı, cavab-filan-yox.

Tənhalıq təklik deyil,

Tənhalıqda yalan-yox...

Telefonu qaldırıb

                        yığdı onu.

O, söndürmüşdü

                        telefonu,

İstədi ki, bağırsın,

Günəşi, ulduzu,

                        göyləri

Köməyinə çağırsın.

İstədi ki, dizini

Yerə qoyub

Dua etsin Allaha...

İstədi ki, səsini

                        eşitsin

O zəhləsi gedən kəsin

                        bir daha.

Boş yerə nəyisə

                        axtardı, gəzdi.

Bu tənhalıq qalasının

                        o üzündən

Kimisə gözləməyə

                        dəyməzdi...

Durub sobasını

                        yandırdı

İstədi ki, tənhalığı

bir az qızdırsın,

Tənhalığa soyuqdu

Allaha min şükür ki,

                        tənhalıq.

Laldı, kardı,

Deməyə sözü yoxdu...

Əgər danışa bilsə,

işə salar özünü...

.    

SƏNƏ QOVUŞMAQ ÜÇÜN

 

Ağac olub

    Göyərənin dərdi...

Ağac oldum

Budaqları qulac-qulac

    oldum.

Quş oldum,

    uça bildim.

Ah, göylər gözəlmiş,

Yaxasın aça bildim.

Buluda döndün,

Yağış oldum

    Saçlarına səpələndim.

Bu ətir hardan belə?

Şəfəqlərə bələndim.

Yox, başqası eşitməsin,

Yox, qoy təkcə sənə deyim

Giz

licə bir xəbəri:

O gecə ki, Aya döndüm

Sənin pəncərəndən

Xəlvətcə keçdim içəri...

Mən bir

Bu dünyaya gələsi olsam,

Sənə qovuşmaq üçün

Ağaca, yağışa,

    Daşa, quşa dönəsiyəm.

Torpaqdan göyərəsiyəm,

Göylərdən enəsiyəm...

...Sən məni

gözləməsən necə?...

   

SAĞ ƏLİN BAŞIMA

 

Sənə var, ketin-yüzdə

Xoş xəbər çıxdın qarşıma.

Ev tikmisən kəndinizdə

Sağ əlin mənim başıma.

 

Çox istəyim həmən oldu.

Ta yaraşar yaşıma...

Səni bir sevən oldu

Olsun, sağ əlin başıma.

 

Ömür qənd, xurmadı.

Kim zəhər qatdı aşıma?

Filankəs yatdı durmadı...

Onun sağ əli...

                        hanı ki?...

       

GÖYLƏRİN ALTINDA

 

Mən sənsiz yaşaya bilərdim,

Sən-mənsiz,

Başqa göz gərək?

Demirəm mən sənsiz ölərdim

Sənə zülm etdim, ay ürək...

 

Göylərin altında cənnət var.

Yer üzü-sevdalar dənizi...

Cilvəli, mirvari duyğular

Olmasa, qaralar Yer üzü.

 

O ulduz sənindir, baxmısan?

Sən xoşbəxt olası bir qadın!

Sən mənim qarşıma çıxmısan,

Sən mənim bəxtimə çıxmadın...

yanvar-may 2014- il, Şüvəlan

 





23.06.2014    çap et  çap et