525.Az

"Siyasi vəziyyətimiz" - M.Ə.Rəsulzadənin əsərləri


 

"Siyasi vəziyyətimiz" - <b style="color:red">M.Ə.Rəsulzadənin əsərləri</b>

Məhəmməd Əmin Rəsulzadənin əsərləri V  cild
(1918 – 
aprel 1920) 

Araşdırıb
toplayanı, ərəb əlifbasından latın  əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi                     Şirməmməd Hüseynov.

Transliterasiya  redaktorları:

professor  Şamil Vəliyev

elmi işçi Samir Xalidoğlu (Mirzəyev)   

 

(Əvvəli ötən şənbə sayımızda)

Siyasi vəziyyətimiz

        

Getdikcə ingilislərin Qafqasiya cümhuriyyətləri həqqindəki siyasətləri aşkar oluyor.

General Tomsonun ikinci bəyannaməsini üçüncüsü Azərbaycan hökumətinin Azərbaycan ərazisi üzərində yeganə məşru bir hökumət olduğu həqqindəki bəyannanməsi təqib elədi.

Bu kərə müttəfiqlərin Şərq orduları komandanı əlahəzrət İngiltərə kralı hökumətinin nümayəndəsi general Miln rəsmi surətdə Azərbaycan hökumətini tanıdığını bildirmişdir.

General Milnin hökumət rəisi Fətəli Xan Xoyski həzrətlərinə vaqe olan bəyanatında Azərbaycan hökumətinihökuməti-məhəlliyyətəbiri ilə degil, “ələletlaqtələffüz olunmuşdur.

General, Fətəli Xan Xoyski həzrətlərinə dedigini Tiflisdə dəxi Gürcüstan rəisi-hökuməti Jordaniya həzrətlərinə söyləmişdir.

Demək ki, Qafqasiyadakı cümhuriyyətlərin sülhi-ümumi konfransınca qəbuluna İngiltərə hökuməti səy edəcəkdir.

Səlahiyyətdar ingilis generallarının müttəfiqlər naminə hərəkət edən sahib kəlməsinə siyasət ricalının Qafqasiya məsələsi həqqində söyləmiş olduqları bu sərih bəyanları heç şübhəsiz ki, Qafqasiya məsaili həqqində söyləmiş olduqları bir sərih bəyanları heç şübhəsiz ki, Qafqasiya millətlərinə kəndi başlarına təyini-müqəddərat etmələrini istəməyən qızğın qafalı siyasət kərdənlərə soyuq su vəzifəsini görmüşdür.

Fətəli Xan həzrətləri general Miln ilə vaqe olan müsahibəsini Məclisi-Məbusana təbliğ edərkən məbusan bunu böyük bir məmnuniyyətlə tələqqi elədi. Divani-riyasətə tapşırdı ki, general təkrar şəhərimizdədirkən fürsətdən istifadə edərək məbusan naminə kəndisinə təşəkkür məmnuniyyət izhar eləsin.

Məbusanın bu təşəkkürü Azərbaycanın təşəkkürüdür. Bu təşəkkürə istiqlalını göz bəbəyi kibi saxlamaq əzmində olan millət iştirak eylər.

Müttəfiq dövlət nümayəndələrinin bu surətlə rəftarı şübhəsiz ki, cəmaətimizdə, cəmaət xadimlərimizə ruh verəcək, əzm cəsarətlərinin birə on artmasına səbəb olacaqdır.

İngilis qüvvəsinin tərzi-hərəkətindəki bu sərahət, paytaxtımızda bulunub da başqa havalar tərənnüm edən bir para rusiyaçı partiyalarla, mətbuatın dəxi xətti-hərəkətlərini dəgişməyə səbəb oldu.

Sosial-demokrat sosial-revolyusioner firqələrinə mənsub olan qəzetələr təğyiri-lisan edərək Azərbaycan istiqlalına təhəmmüllərindən, Azərbaycan parlamanına girmək istədiklərindən bəhs etməgə başladılar. HəttaS-Rlər parlamana girmək arzusunda olduqlarını divani-rəyasətə yazdıqları bir müraciətnamə ilə dəxi bildirdilər.

Sosial-demokratlarınİskraadlı qəzetəsi millətlərin kəndi müqəddəratlarını kəndiləri təyin etməgə həqli olduqları əsasınahər zaman tərəfdar ola gəldigindənbəhs elədi. Əsas etibarilə Azərbaycanın Rusiya ilə birlikdə qalmasını Azərbaycan demokratiyasının mənafeinə daha faidəli görüyorsa da hal-hazırda Azərbaycan hökumətinin (olmuş bir ) bir əmri-vaqe olduğunu da nəzərə aldığını söylədi. Azərbaycan Rusiya ilə meyli arzusu ilə birləşsin, bu onun faidəsidirdedi. Yoxsa Azərbaycan buna icbar edilməsin, icbar edilərsə bu böyük bir həqsizlik olur! Bu həqsizliyə isə hər kəsdən ziyadə sosial-demokratlar qarşı qoyarlardeyə bəyanatda bulundu.

İskradaha iləri gediyor. Diyor ki, Azərbaycan istiqlalı bu gün onlardan ötrü bir şüardır. Çünki müstəqil Azərbaycanın yaxın bir istiqbalda öz meyli arzu-rizası ilə təkrar Rusiya demokratiyası ilə bir muxtariyyət ya federasyon əsası üzərinə birləşməsi ehtimal daxilindədir. Halbuki müstəqil degil, xarici bir Avropa dövlətinə mərbut olursa, o zaman Azərbaycan əbədiyyən Rusiyadan ayrı qalacaqdır.

Demək ki, bu gündən etibarən Azərbaycan istiqlalının müdafeləri zümrəsinə bir sosialist partiləri daxil oluyorlar.

Bismillah, daxil olsunlar. Həqiqi sosialist olsalar bundan başqa rəftar edəməzlər. Bu rəftarə onlar imdi degil, çoxdan süluk etməlidilər.

Heçdənsə gec!..

M.Ə.

Azərbaycan”, 28 qanuni-sani (yanvar) 1919, №99

      

Ələletlaqbütünlüklə, mütləq, tam
Sülukhərəkət tərzi, rəftar

    

Tədbir gərəkdir

        

Əql tədbirin hökmü üstün gəldi. Əmələlər hissiyyata degil, əqliyyata görə rəftar etdilər. Hökumət ilə mədənçilərin mümkün edə bildikləri güzəştə razı olub tətil etmədilər.

Mədənçiləri mədənin düçar olduğu müşkülatına rəğmən bu güzəştlərə getməgə bir tərəfdən əmələlərin tələbi, bir tərəfdən Azərbaycan hökumətinin mötədilanə aqilanə təsiri səbəb oldu.

Hökumət bu işdə göstərdi ki, əmələlərin mənafei, hüquqi onun üçün yabançı bir şey degildir. “Kollektivnı doqovorı mədənçilər qəbul etmiyordular. Hökumət bunu müvəqqətən olsa da verdigi əmrlə icra etdirdi. Evli, subay məsələsinin aradan qaldırılıb da bütün əmələlərə 360 manat məvacibin artırılması üçün hökumət nümayəndə parlaman vəkilləri səy etdilər, təsirləri oldu.

Fəqət əmələlərin almış olduqları 360 manat əlavə ilə ehtiyacları rəf olunacağını düşünmək doğru olamaz.

Daha əmələ konfransında əmələlər özləri diyorlardı ki, “bu əlavə bizə degil, dükançılaradır”.

Doğrudur. Məvacib artınca dükançılar da mətahın, bilxassə ərzağın qiymətini artırıyorlar. Həyat yenə bahalaşır, su yenə köprüdən o tayda qalır.

Buna qarşı tədbir eləməlidir. Bu tədbiri hökumət görməlidir. Hökumət bütün əmtəəyi olmasa da, heç olmasa ərzaq üçün bir tədbir görməli, əmələ rayonlarında ucuz qiymətlə çörək satdırmağa səy eləməlidir.

Bu xüsusda hökumət ticarət sənaye nəzarətindəki üsulsuz hərəkətlərə bir nəhayət verərək başqa məmləkətlərlə mal dəgişdirməsi işini yoluna qoya bilməklə bəlkə Ukraynadancövhərmüqabilində buğda gətirə bilər.

Bu yol ilə şəkər gətirmək dəxi mümkündür.

Eyni zamanda hökumət səy etməlidir ki, İngiltərədən bizə yeni mallar gəlsin, bazarda mətah çoxlaşsın. Mətah çoxlaşırsa, o zaman qiymətlər təbiətilə aşağı düşər.

Hökumət bu kibi tədbirlərə qətiyyən təvəssül etməlidir. Yoxsa bu gün növbədən götürülmüş tətil məsələsi təkrar bütün təhdidi ilə meydana çıxar. O zaman əql məsləhətin göstərdigi yollar degil, hərəkəti-hissiyyat ehtiyacın çox da məntiq tanımayan rəhbərligi hakim olar.

Azərbaycan sənaət ticarət həyatını hər növ intizar olunmayan hadisələrə qarşı mühafizə etmək hökumətin borcudur.

Bu borcunu hökumət ərzağı bollaşdırmaq yolunda tutacağı hərəkət görəcəgi tədbirlərlə ifa edə bilər.

Oyanıq olmalı, tədbir görməlidir.

M.Ə.

Azərbaycan”, 29 qanuni-sani (yanvar) 1919, №100

       

Ciddiyyət gərək!

        

Hər bir hökumət, bilxassə yeni bina tutmaq üzrə olan hökumətlər üçün hər şeydən əvvəl həyat fəaliyyət əsəri göstərəcək bir meydan vardır.

Asayiş əmniyyət meydanı.

Hüquqi-milliyyə, ixtiyariyyati-ammə bunlar mənəviyyatdır. Bu mənəviyyat hər yanda olduğu kibi, bizdə cəmaətdən yalnız bir qisminin, idraklı bir qisminin ruhunu, zehnini işğal edə bilər. Əhalidən fədakar bir qismi keçirdigimiz müşkülatın bir haldan digər hala keçmək zamanına aid müvəqqəti bir hal olduğunu dərk ilə, o qədər narazılıq göstərmədən hər növ məşəqqətlərə təhəmmül edə bilər. Fəqət xəlqin əksəriyyəti təbiidir ki, bu halda olamaz.

Xəlq hər şeydən əvvəl hökuməti onun hərəkətləri, fəaliyyətləri ilə tanıya bilər. Bu hərəkətlər arasında asayiş ilə əmniyyət birinci dərəcədə mühümdür.

Xəlqi əmniyyət asayiş etibarilə razı salan bir hökumət heç şübhəsiz ki, yarı-yarıya bəqasını təmin eləmiş, deməkdir.

Hökumətimiz Məclisi-Məbusan kürsüsündən irad elədigi bəyannaməsində bu nöqtəyi iyi dərk elədigini izhar eləmişdi. Fəqət burada bir qeyd etmək məvburiyyətindəyiz ki, bu xüsusda hökumət lüzumi dərəcədə əsəri-fəaliyyət göstərməmişdir.

Dəmir yollarında hadis olan vaqeələrin təkrar vücudə gəlməməsi üçün hökumət tədbirlər görüyor. Biz bu tədbirlərin bir an əvvəl səmərədar olmasını istəriz. Fəqət bununla bərabər şəhərimizin dəxi əmniyyət asayışınə baxmalıdır. Biliyoruz ki, şəhərimizdə bir çox fasid ünsürlər var. Bu ünsürlər bizə xaricdən gətirilmiş, istəmədigimiz halda bizimlə həmşəhrilik həqqini qazanmışlardır. Hökumət başqa bir vəziyyətdə, başqa bir imkanda olsaydı, onsuz da bikarı çox olan bir şəhri yeni-yeni bikar dəstələri ilə doldurmazdı.

Fəqət bu kibi səbəblər hökuməti təbiidir ki, daha ciddi tədbirlər görməgə vadar etməlidir.

Şəhərdə oğurluq çoxalmış, dün heyrətəngiz bir cinayətə şahid olduq. Canilik yavaş-yavaş artmağa başladı. Polis vəzifəsi ilə mütənasib bir dərəcədə degildir.

Demək istiyoruz ki, polis idarəsində bir növ zəif idarə görülməkdədir.

Bu zəifin bir səbəbi şəhərdə olan bir çox nadinc ünsürlərin vücudi isə , digər cəhətdən polis nəfəratının, milislərin kimlərdən ibarət olduğuna dəxi diqqət etina edilməlidir.

Polisin başında Azərbaycan mənafei ilə mənən əlaqədar adamlar olmalı, əxlaqı düzgün məmurlar bulundurulmalıdır. Bununla bərabər hökumət məqamati-aliyəsi əli altındakı məmurların üstündə daimi gözətçi olduğunu asarilə göstərməlidir. Xəlqin əmniyyət asayişi kəndilərinə tapşırılmış olan adamlar hər saət hər dəqiqədə öhdələrinə götürdükləri məsuliyyəti xatırlamalıdırlar. Onları sorğu suala çəkəcək qüvvəti daima başları üstündə görməlidirlər.

Bununla bərabər bir şeyə hökumətin nəzər-diqqətini cəlb etmək istiyoruz. Polis zabitəsinin aldığı məvacib kəndisindən tələb olunan vəzifə ilə mütənasib degildir. Adi bir əmələnin 1000 manatdan ziyadə məvacib aldığı bir şəhərdə 700 manat məvacib alan bir məhəllə pristavından vəzifəşünaslıq tələb etmək pək məntiqə gəlir bir şey degildir.

Hökumət hər şeydə qənaət edirsə-etsin, fəqət məmləkətin əmniyyət asayişinə aid xüsuslarda xəsislik göstərməsin. Çünki bu xissət, qüvvəti-layəmutundan qənaət edən adamın halıdır ki, vəqtilə ət əkməgə əsirgədigini sonra təbib ilə dərmana vermək məcburiyyətində qalar.

Biz daxiliyyə nəzarətindən ciddi tədbirlər, kəskin hərəkətlər, tərəddüdsüz əzmlər istəriz. Bunu bütün məmləkət, bütün əhali istiyor.

Bu xüsusda adam lazımsa adam, para lazımsa para vermək millətin borcudur. Bu borcunu millət əsirgəməz! Əzm fəaliyyət istəriz. Himmətimiz artsın, ciddiyyətimiz çoxalsın!...

M. Ə.

Azərbaycan”, 31 qanuni-sani (yanvar) 1919, №102

     

Xissətalçaqlıq, ədnalıq
Layəmutölməz, əbədi

    

İki konfrans

        

Mənən olmasa da maddətən bu günün hakimi olduqları kimsə tərəfindən inkar olunmayan qalib dövlətlərin mərifətilə ParisdəVersalda dövlətlərin nümayəndələrindən ibarət bir konfrans açılmaqdadır.

Bu konfransla bərabər maddətən olmasa da, mənən bu günün hakim əfkarı olan demokratiya naminə ümumdünya sosialistləri tərəfindən İsveçrədə Bern şəhərində digər bir konfrans, sosialistlər konfransı toplanmaqdadır.

Dünyanın cahangirləri qarşı-qarşıya gəldilər. Dünya alt-üst oldu, qiyamət qopdu!

Cahangirlərdən bir zümrəsi qalib, digəri məğlub oldu. Toplar dayandı. Hesab günü gəldi.

Divani-mühasibat quruldu.

Bu divana yalnız qaliblərlə məğlublar degil, bütün dünya gəliyor. Bütün millətlər ərzi-hesab ediyorlar.

Təbiətdə itlaf yoxdur. Hər şey nisbidir.

Bu divana ərz olunan hesablar bir ədaləti-səhnə üzərinə görüləcəkmidir? Görülə biləcəkmidir?

Bu bir məsələdir.

Biz Parisdə toplanacaq sülh konfransından bahisHesab günüünvanilə yazdığımız məqalədə bu divandan çıxacaq hökmlərin kimidən ötrücənnət”, kimidən ötrücəhənnəm”, kimidən ötrübərzəxqərarını verəcəgini təsəvvür etmişdik.

Fəqət bunu təsəvvür edərkən oxucular bilərlər ki, “Versaldivanının adili-mütləq olacağına çox da iman etməmişdik.

Müsəlman sosialistlərinin naşiri-əfkarı bulunanAl bayraqın isnad elədigi kibi bu konfransı bizgünahlarısəvabları adilanə ölçə bilər qiyamətAllahı deyə tələqqi etmədik.

Böylə tələqqi etmiş olsaydıq o məqalədə bu sətirləri yazmazdıq:

Məhkəmənin bu üç hökmdən birisini verməsinə oradakı nümayəndələrimizin, təbiri-digərlə, dəva vəkillərimizin məharəti, ciddiyyəti, səy çalışqanlığı təsirsiz olmayacaq. Fəqət bu kifayət etməz! Lazımdır ki, biz burada çalışaq, kəndimizi idarə edək. Behiştlik dərəcədə idarəyə istehqaq qazanmış olduğumuzu isbat edək.

Bu vasitə ilə işin yarısı görülmüş olsa da, məhkəmə hökmünün xırda millətlər həqqində tamamilə müvafiq çıxarılması üçün Avropa Amerika demokratiyasının bu hökmlər üzərinə həqiqi bir nüfuz icra eləməsini arzu etməliyiz. Bu nüfuz vaqe olursa, o zaman bütün cahana qarşı elan olunan prinsiplər az-çox safiyyətini saxlar. Onların saflıqlarının məhfuz qalması isə bizim kibi xırda millətləri qurtarıyor. Dirilik yarlığı əllərimizə irişir”.

Müsavat başçılığından əvvəl bir mühərrir olan Rəsulzadəninyanıldığınıisbat edənsosialistqəzetə görünüyor ki, münaqişə həvəsilə pürşur kəsilərək tənqid etdigi məqaləyi diqqətlə oxumağa, aradan bir çox zaman keçmişsə vəqt bulamamışdır.

Al bayraqBerndəki sosialist konfransının toplanmaq üzrə bulunduğu xəbəri çıxdıqdan sonra beynəlmiləl demokratiyanın Azərbaycan müqəddəratına təsirbəxş olacağından bəhs ediyorsa, biz daha böylə bir xəbər yoxkən Avropa Amerika demokratiyasının Versal konfransı üzərinə icrai-təsir etməsini arzu eləmişdik. bu nüfuz vaqe olursa, xırda millətlər qurtarırdemişdik. Bu məqsədlə dəxiParis konfransını təbrikdegil, Parisə qibtə edərkən kəndisinə xitab etmiş, demişdik ki:

Sakın: möhtərəm salonlarından birisində ehtimal ki, “Versalın tarixi binasında, iniqad edəcək bəşəriyyət qarşısındakı məsul ricala təlqin et ki, məğrur olmasın, mövqe iqtidarlarını suyi-istemal etməsin. Yalnız bəşəriyyəti yalnız istiqbali-bəşəri düşünsünlər, hökmlərini verərkən bütün demokratiyanın tələbini nəzərə alsınlar: məzarlarından qalxmış diriligə təşnə olmuş millətləri təkrar məzarlarına gömməsinlər!!”.

Arzu etdigimizdemokratiya nüfuzudeyək ki, təşəkkül etmək istiyor. Beynəlmiləl sosialist konfransı toplanıyor.

Berndən sədası gələn bu konqrenin Versal divanı üzərinə az-çox nüfuzu olacağını inkar edənlərdən degiliz, əvvəla, millətimizin kəndi ciddi-cəhdindən saniyən, dəxi bunüfuz təsirdən istifadə edəcəgini zatənHesab günündə söyləmişdik.

Əvvəlcə dəxi yazmışdıq:

Bu hesab gününün nəticəsində dəxi bütün dünya millətlərininbehiştlikolacaqlarına hökm verə bilmək üçün həddindən artıq nikbin olmaq lazımdır”.

Diqqət olunursa daima hesab divanında degil, hesab günündən bəhs olunuyor. Bu günün divan mühasibatı biriVersal”, digəriBern olmaq üzrə iki məclisli ola bilər.

Birincisi adili-mütləq olamazsa, ikinci məclis hakimi-mütləq ola biləcəkmidir?.. Zənn etməm. Bir kərə araya toplaşacaq sosialistlər Versaldakı diplomatlar cinsindən olmasalar da, onlarla birlikdə hərbi-ümumiyə iştirak eləmiş partiyalara mənsub adamlardır. Binaənileyh onların kamilən bitərəf Al bayraqın istədigi adili-mütləq adamlar olduğunu düşünmək üçün dəxi fəzlə nikbin olmaq gərək.

Bernin Versala müqabiləsini Rusiya inqilabındakı əmələ şurası ilə müvəqqəti hökumətə qiyas edənlər vardır.

Rusiya mühitində Əmələ Şurasını icrai-nüfuz dərəcəsini keçib hökmdarlıq mərhələsinə çıxdı. Maddi mənəvi bütün qüvvəti əlinə aldı.

Fəqət nəticədə Milyukovun almaq istədigi İstanbul üzərindəisraretmədisə kadetlərinMoskvadan ziyadə mühafizə edəcəkləriBakıdan dəxi kolaylıqla əl çəkmədi. Qafqasiya imperatorların gövhər tacı idi: demokratların tacı yox. Fəqət mədələri var, iştahları kəsiyordu. Qafqasiyayı bir gövhər kibi degilsə , bir malikanə kibi saxlamaq istədilər.

məlum ki, Berndəki sosialistlər Rusiyadakı insanlardan degil, başqa bir növ məliklərdən olacaqlar.

Məəmafihə bununla biz Bern konfransının Versal üzərindəki xırda millətlər nöqteyi-nəzərindən pək faidəli təsir icra edəcəgini inkar etmək istəmiyoruz. Yalnız istəriz ki, həqiqəti olduğu kibi görərək pək xəyalatə qapılmayalım. Biləlim ki, bügünki amil qüvvətlərin tənasübi son qərarın Versala aid olduğunu göstərməkdədir.

Məgər ki, yarınki gün başqa bir hökm, başqa bir hikmətlə zühur edə!...

M.Ə.Rəsulzadə

Azərbaycan”, 2 şubat (fevral) 1919, №103

     

İtlaftələf etmə, atma, boşama

Bərzəxəzablı yer

Qiyasmüqayisə

Bahisbəhs edən

Pürşurçox coşqun, həyəcanlı

     

Məclisi-Məbusan müxaliflər

        

Azərbaycanın siyasi vəziyyəti qədər ki, müəyyən degildi, türklərdən olmayan bütün siyasi firqələr, bolşevik ruhlu menşevikdən tutub monarxist ruhlu kadetinə qədər Azərbaycan istiqlalı ilə Azərbaycan parlamanına qarşı barışmaz bir vəziyyət almışlardı.

Onlar bu vəziyyətləri ilə Azərbaycan türklərini bir növ mühasirəyə almış, təslimə məcbur etmək istəmişlərdi.

Zənn ediyorlardı ki, xaricdən gəlmə müttəfiqlər qüvvəti onlara kömək olacaq, əqillərincə türklər tərəfindən qurulmuş olan Azərbaycan hökumətini yer dibində atacaqlardır.

Azərbaycan türkü ilə bərabər bu türkün ruhundan doğan idealları tərvic edən, onun yolu ilə gedən Azərbaycan xadimləri isə qəflətən üzərlərinə atılan qüvvətlərə qarşı mətanət göstərdilər, durdular. Azərbaycan fikrininİstanbuldandegil, Bakıdan doğmuş olduğunu isbat etdilər.

Bu sübutla hər kəsdən əvvəl bitərəf bir qüvvət olması həsəbilə ilk əvvəl ingilis komandanlığı qane oldu. Onun bu qənaəti Azərbaycanın daxili müxaliflərini düşündürdü.

Türk olmayan müxaliflər düşündülər, daşındılar. Xətti-hərəkətlərini dəgişmək, nöqteyi-nəzərlərini əvəz etmək məcburiyyətində qaldılar.

Eserlər, əslən milliyyət əsasına əhəmiyyət verən idealist indualist bir firqə olduqlarını xatırladılar. Azərbaycan parlamanı birəmri-vaqedir, olmuş bir işdirdedilər.

Menşeviklər dəxiqalu bəladan millətlərin kəndi müqəddəratlarını kəndiləri təyinə həqli olduqlarını qəbul edənlərdən olduqlarını etiraf etdilər.

Həmkarlar ittifaqı dəxi Azərbaycan parlamanına getmək həqqindəki qərarına tazədən baxmaq məcburiyyətində qaldı.

Erməni milli komitəsi dəxi daşı ətəgindən tökməgə başladı. Yalnız parlamana degil, hökumətə girmək meylini izhar elədi.

Bir yalnız bir rus komitəsi qaldı.

Rus komitəsi yalnız tüfəng təsirilə olmalıdır ki, o da əvvəlcə mövcud olan qərarını tazədən birgötür-qoyelədi. Anladı ki, “Rusiya millətlərinin son şəkli Rusiyanın iradəsilə bilaetilaf təyin edilmək üzrə kəndi başlarına idarə qurmaq həqləri vardır bu həqlə parlaman da qura bilərlər bu parlamana yalnız siyasi bir minbər qazanmaq üçün degil, vilayətə əmin asayiş vermək işində şərakət etmək üçün dəxi getmək lazımdır”.

Bunu anlamaqla bərabər rus komitəsi özünün parlamana girməsini yalnız bir mətləblə əlaqədar görüyor. Əvvəlcə bəzi mühüm məsələlər aşkar olmalıdır. Bu məsələlər aşkar olmayınca parlamana girmək, onlarca faidəsizdir. Çünki burada Rusiyanın mənafei-aliyəsinə mərbut olan nöqtələr var ki, onları örtülü olaraq keçmək bərabər işləməgi qeyri-mümkün edər.

Məsələ Azərbaycanın Rusiyaya əlaqəsini təyin etməkdədir.

Zatən yalnız rus komitəsindəki kadetlər degil, digər firqələrdə olan ruslarrusiyaçılarla bizim aramızda digər türk partiyalarının arasında olan ixtilafi-nəzər dəxi bu nöqtə üzərində idi.

Biz Azərbaycanı müstəqil bir dövlət tələqqi ediyoruz. Bu tələqqisini Azərbaycan demokratiyası əksəriyyəti-əzimə təşkil edən türk xəlqinin idarəyi-aliyəsi ilə bütün dünyaya elan eləmişdir.

Bu bir əmri-vaqedir.

Azərbaycan hökuməti, Azərbaycan parlamanı, Azərbaycan siyasi firqələrinin bəyannaməsi, Azərbaycan xəlqinin bu əsasları qəbul tərvic eləməsi bu əmri-vaqenin xarici əlamətləridir.

Azərbaycan hökuməti bütün firqələrinin müməssilligi beynəlmiləl münasibatə girişmiş, felən müttəfiqlər tərəfindən tanınmışdır. Ondan başqa bu topraq üstündə, bu əhali üzərində başqa nafiz tanınmış bir hökumət yoxdur.

Bizimlə bərabər çalışmaq, türklərlə birlikdəəmniyyət asayişin təmini yaxudfevral hürriyyətlərinin bəqasıüçün işləmək istəyən firqələr hər şeydən əvvəl bu cəhəti nəzər-diqqətə almalıdırlar: Azərbaycan bir əmri-vaqedirbunu səmimi bir surətdə qəbul etməlidirlər.

Azərbaycanın Rusiya ilə iləridəki əlaqəsinə gəlincə, bu əlaqəyi iləridə azərbaycanlıların rusiyalılarla dostluqla, azadlıqla, tərəfinin rizası ilə həll olunacaq bir məsələ kibi görməlidirlər.

Parlamana gələcək müxalif, “Siz Rusiyadan ayrılmışsınız, bu ayrılışınızla faidəli bir görməmişsiniz, yaxşı olar ki, onunla birləşəsinizdersə onu dinləriz. FəqətSiz Rusiyanın bir parçasısınız, həqlə ondan ayrılmışsızdersə, ona təhəmmül etməz, kürsüdən salarız.

Azərbaycan parlamanına, Azərbaycan istiqlalı bayrağını yüksək qaldırmış olan bu müəssisəyə hər kəs gələrsə, bu parlamanın felən təsis etmiş, olmuş-bitmiş bir hökumətin Məclisi-Məbusanına gəlmiş bununla o, Azərbaycan istiqlalını fikirdə degilsə , işdə tanımış, deməkdir.

Rusiya ilə əlaqəyə gəlincə, bunu müxaliflər bilməlidirlər ki, müvafiqlər heç bir zaman fikirdə Rusiyanın düşməni olmayıb, Rusiya demokratiyası ilə ədavət bəsləməmişlərdir.

Azərbaycan parlamanının bütün firqələri kəndi bəyannamələrində bu fikri zikr eləmişlərdir. Müxaliflər nöqteyi-nəzərindən ən müdhiş bir milliyyətçi iftiraqçı təsəvvür olunanMüsavatfirqəsi belə kəndi bəyannaməsində fikrən təbii mötədil bir halə gələcək Rusiya ilə əqdi-ittifaq etmək fikrinə yabançı olmadığını bildirmişdi.

Fəqət buna biz öz meylimiz, öz xahişimiz ilə gedəcəgiz. Bu məsələyi Rusiya Məclisi-Müəssisanı degil, Azərbaycan Məclisi-Müəssisanı həll edə bilər. Bu səlahiyyət başqalarının degil, bizimdir. Çünki milliyyət həqqi yalnız bu surətlə müdafiə oluna bilər.

Yoxsa birmenşevikçıxar dabiz sizə Rusiyadan ayrılmaq həqqini vermiyoruzdersə bu məqsədinə yetişmək üçün müsəlman sosialistləri ilə birlikdə bizə qarşı mübarizə edə biləcəginə güvənərsə, biz öylələrinə güləriz, zira öylə düşünən bir türk parlaman firqəsi təsəvvür edəməyiz!

Rusiyadan ayrılmaq, Rusiyaya qoşulmaq yaxud başqa bir şəkil ilə kəndi müqəddəratını təyin eləmək həqqi Azərbaycan xəlqinin müqəddəs bir həqqidir. Bu həqqi ona təbiət bəxş eləmiş. Bu həqqi o kadetlərin ala gözlərinə, sosialistlərin yağlı dillərinə fəda edəməz!

Müxaliflər bunu bilsinlər, qulaqlarına sırğa etsinlər bu beləcə Azərbaycan istiqlalını əmri-vaqenin qəlləm həlqə beguşi olaraq parlamana buyursunlar.

Başqa məsələlərdə keyfləri istədigi müxalifəti etsin, tənqidatda bulunsun, təbliğatında olsunlar. O onların həqqi vəzifələridir.

Biz heç bir zaman onların parlaman firqələrinin müvafiqləri cərgəsində oturacaqlarını zatən təsəvvür eləməmişdik.

M.Ə.Rəsulzadə

Azərbaycan”, 3 şubat (fevral) 1919, №104

     

Qalu bəlaçoxdan, lap əvvəldən, ata-babadan

İftiraqayrılma, fəraq

 

(Ardı var)

 





23.06.2014    çap et  çap et