525.Az

İstedad və zəhmətin bəhrəsi


 

İstedad və zəhmətin bəhrəsi<b style="color:red"></b>

Ötən əsrin 80-ci illərinin əvvəllərinin – “Odlar yurduqəzetində çalışdığım illərin söhbətidir. Şifahi xalq ədəbi nümunələrininxüsusi ilə atalar sözlərinin fədakar toplayıcısı Əbülqasım Hüseynzadəninyaşı 100-ü haqlamış bu qocaman ədəbiyyat aşiqinin həyat fəaliyyəti barədə yazmaq üçün onun İçərişəhərdəki mənzilindəyəm. Məqsədimi əvvəlcədən telefonla dediyim üçün birbaşa mətləbə keçdim:

Əbülqasım müəllim, necə oldu ki, atalar sözlərini toplamaq qərarına gəldiniz? – deyə ilk sualımı vermişdim ki, son illər ayaqlarında yaranan problemlə əlaqədar kreslo ilə hərəkət edən Əbülqasım müəllim yaşına yaraşmayan cəldliklə yanındakı mizin üstündəki kağız-qələmi götürdü xoş bir təbəssümlə dilləndi:

Mən sizin suallarınıza istədiyiniz kimi ətraflı cavab verəcəyəm. Ancaq arada mənim sizə suallarım olacaq.

Onun dediklərindən təəccübləndiyimin fərqinə varmadan Əbülqasım müəllim davam edirdi:

Mənim suallarım sadə olacaq. Hansı atalar sözlərini bilirsən? Hansı bölgədənsən? O yerlərdə işlənən atalar sözlərindən hansılarını deyə bilərsən? Bax, beləcə, suallarımız qarşılıqlı olacaq.

Təbii ki, razılaşdım çay süfrəsi arxasında uzun maraqlı söhbətimizin bir məqamında telefon zəng çaldı. Əbülqasım müəllim evin o başında  qoyulmuş stolun üstündəki telefonu götürməyimi zəng edənə bir saatdan sonra təkrar zəng vurmasını bildirməyi xahiş etdi. Mən dəstəyi götürən kimiTəbrizə cavab verin” – dedilər. Mən Əbülqasım müəllimə Təbrizdən zəng vurulduğunu bildirdim. Onun gözlərinə işıq gəldi:

Şəhriyardır, Şəhriyar. Dəstəyi mənə verin.

Köhnə dostlar bir-birlərindən hal-əhval tutdular. Arada Əbülqasım müəllim ərəb əlifbası ilə vərəqlərdə qeydlər edirdi. Telefon söhbəti bitdikdən  sonra Əbülqasım Hüseynzadə dərindən nəfəs alıb dedi:

Şəhriyardan xahiş etmişdim ki, təzə atalar sözü eşidəndə mənə desin. 10-15 atalar sözü dedi. İçərisində bir-ikisi vardı ki, ilk dəfə eşidirdim.  Buna da şükür...

80 ildən çox bir müddətdə atalar sözlərini toplayan, nəşr edən Əbülqasım Hüseynzadə ilə bu söhbəti təsadüfən xatırlamadım. İstedadlı publisist, muğam xalq mahnılarının bilicisi, eyni zamanda tanınmış insanlarındaha çox ədəbiyyat, incəsənət xadimlərinin həyat fəaliyyəti ilə bağlı maraqlı hekayətlərin yorulmaz toplayıcısı Əkrəm Qaflan oğlu Məmmədovun qarşımdakı növbəti kitabını (Dünyanı belə gördüm. ”Aspoliqraf”, redaktoru Dilsuz,  Bakı, 2014, 480 səh.)   vərəqləyəndə Əbülqasım Hüseynzadə ilə təxminən 30 il əvvəlki görüşümsöhbətim yadıma düşdü fikirləşdim ki, yaxşı ki, aramızda, sıramızda bu cür fədakar insanlar var. Özlərinin istedad bacarıqlarını, qiymətli vaxtlarını, gözlərinin nurunu, hətta halal qazanclarınınmaaşlarının bir hissəsini təmənnasız olaraq bu işəşifahi ədəbi nümunələrin toplanılmasına, nəşrinə həsr edir, bu irsin yaşamasına, nəsildən-nəslə ötürülməsinə vəsilə olurlar.

Əkrəm Qaflanoğlunun bu sahədəki təqdirəlayiq fəaliyyəti məsulluğu, məhsuldarlığı ciddiliyi ilə diqqəti çəkir. O, şifahi ədəbi nümunələrin toplanılması sahəsində uzun illər ərzində zəngin təcrübə əldə edib, fikrimizcə, hətta Əkrəmin özünəməxsus metodu, üslubu formalaşıb. Ə.Qaflanoğlunun metodu sadə, maraqlı, eyni zamanda ciddidir:

o, intuitiv olaraq, kimdə, harada, hansı məclisdəxammalınolduğunu hiss edir;

müsahibini dindirməyin, danışdırmağın mahir ustasıdır;

qarşı tərəfi sonadək, diqqətlə dinləməyi bacarır;

hərdən qələm-kağıza əl atsa da, niyyətini, məqsədini açıq-aşkar büruzə vermir;

milli adət-ənənələrə, dini dəyərlərə xələl gətirən, onlara kölgə salan, adamların şərəf ləyaqətinə toxunan, fiziki naqisliyi qabardan hekayətləri nəinki toplamır, hətta bu cür mövzuların ortaya atılmasına yol vermir;

təkrarçılıqdan, plagiatçılıqdan, başqasının malını mənimsəməkdən çox uzaqdır;

materialları saf-çürük etməyi, təhlillər müqayisələr aparmağı bacarır;

hekayətləri o, hər yerdə, hər zaman toplayır, bu mənada o, məkan, sədd, sərhəd tanımır: çayxana, xeyir-şər məclisləri, müxtəlif mədəni-kütləvi, rəsmi tədbirlər, görüşlər, səfərlər. O, Bakıda, Qubada, Qəbələdə, İstanbulda, Səmərqənddə, Dərbənddə... eyni ampluadadır. Heç kimin görmədiyi, müşahidə etmədiyi, diqqətini çəkmədiyi tərzdə söhbətlərdən ona lazım olan hissəni əvvəlcə qəlbinə, hafizəsinə həkk edir, vaxt tapan kimi kağıza köçürür, üzərində işləyir;

bir qayda olaraq, o, topladığı materiallar üzərində yaradıcı aparır. Mətnin dadına-duzuna, dilinə, üslubuna, məzmununa xələl gətirmədən onu artıq ibarə ifadələrdən təmizləyir;

nəql olunan hadisəyə bir neçə prizmadan nəzər salır: mətndə adıçəkilən adamın, ətrafının (həm dostlarının, həm düşmənlərinin) gözü, təfəkkür tərzi ilə, oxucunun auditoriyanın nəzəri ilə baxır.

Əkrəm Qaflanoğlunun bu kitabında demək olar ki, cəmiyyətin bütün təbəqələrini təmsil edən insanların həyatına dair hekayətlər var. Oxucu          kitabda müxtəlif peşə sahiblərininyazıçıların, şairlərin, xanəndələrin, musiqiçilərin, partiya, dövlət xadimlərinin, bir sözlə, bizi əhatə   edən, hər gün rastlaşdığımız insanlarla bağlı gülməli, ibrətamiz, unudulmaz hadisələrlə tanış olur. Əkrəm bu hadisələri sadə, eyni zamanda canlı oynaq bir dillə nəql edir. Onun topladığı gülməcələr oxucunun vaxtının maraqlı keçməsinə yardım edir, onu yormur, əksinə, yorğunluğunu çıxarır, problemlərdən bir az uzaqlaşdırır, digər tərəfdən onun çevik düşünməsi, nəticə çıxarması üçün zəmin yaradır, məntiqi düşüncəsinin inkişafına təkan verir. Digər tərəfdən qəti əminəm ki, o, bəzi hallarda qələm əhlinə yeni material verir. Əkrəmi mütaliə edəndən sonra bəlkə yeni hekayə, yeni ssenarilər yazılır, bəlkə hansı bir povestin, romanın bir epizodu, bir kinonun, tamaşanın kadrı yaranır. Dəfələrlə şahidi olmuşam ki, müxtəlif tədbirlərdə natiqlərƏkrəm müəllim kitabında yazır ki...” deyə çıxışlarına başlayıblar.

Desəm ki, Əkrəm Qaflanoğlu öz istedad bacarığını bu qəbildən olan materialların toplanılmasına sərf etməsəydi, bəlkə o, öz imzasını bir şair, bir publisist kimi təsdiq edəcəkdi, bəlkə, bu qənaətimə kimsə şübhə ilə yanaşar. Lakin nahaq yerə. Bu mülahizəm üçün Əkrəmin az sayda olsa da, hekayə şeirləri ciddi əsasdır. Onun bədii təxəyyülü, obrazları, lirik-fəlsəfi düşüncələri o qədər dərin, təbii təsirlidir ki, onlardan aldığın təəssürat bir oxucu kimi uzun müddət səni tərk etmir.

Ə.Qaflanoğlunun ədəbiyyat sənət adamları ilə məlhəm, isti münasibətləri, əlaqələri təbiidir. O, uzun illər boyu Yazıçılar Birliyində, sonraVətənCəmiyyətində işləmiş, daim yaradıcı adamların əhatəsində çalışmışdır.           Mirzə İbrahimov, Elçin, İsmayıl Şıxlı, İmran Qasımov, Balaş Azəroğlu, Hüseyn Abbaszadə, Cabir Novruz s. i.a. kimi yazıçılarla bir idarədə çalışmış, onlarla ünsiyyətdə olmuşdur. Digər tərəfdənsə, Əkrəm bir neçə il (1973-80) el-oba şənliklərində xanəndəlik etmişdir. Onun müəlliminin Xalq artisti Əlibaba Məmmədov, sinif yoldaşının Məmmədbağır Bağırzadə olduğunu söyləsək elə bilirəm ki, Əkrəmin bu sənətdəmuğam ifaçılığında yerini düzgün müəyyənləşdirməyə yardım edər. Zeynəb Xanlarova, Habil Əliyev, Arif Babayev, Ağaxan Abdullayev, Vamiq Məmmədəliyev, Möhlət Müslümov, Mirnazim Əsədullayev s. kimi sənətkarlarla daim ünsiyyətdədir. Heç vaxt unutmadığım bir hadisə. Tədbirlərin birində Əkrəm dostlarının təkid xahişi iləMənsuriyyəni oxuyub qurtardıqdan sonra məclis əhli onu ayaqüstü alqışladı. Əyləşəndə fizika-riyaziyyat elmləri doktoru, Təhsil Nazirliyinin məsul işçisi Natiq İbrahimov qeyri-ixtiyari dilləndi:

Əkrəmin timsalında təəssüf ki, Azərbaycan xalqı böyük sənətkarını itirib, onu tanımır...

Əkrəm müəllimin birinci kitabıHəm gülək, həm düşünək” (Bakı, 2002, 351 səh.), ikinci kitabı “55+1” (Bakı, 2008, 376 səh.) adlanır 2008-ci ildəQAPP-Poliqrafnəşriyyatında buraxılmışdır. İrihəcmli bu kitablarda yüzlərlə gülməcə bu qəbildən olan şifahi ədəbi nümunələr toplanılıb. Həmin vaxtdan bizi beş-altı il ayırır. Əkrəm Qaflanoğlu bu müddətdə eyni həvəs maraqla öz axtarışlarını davam etdirmiş, nəticədə daha dolğun, sanballı əsər ərsəyə gəlib. Bu kitabı oxuyarkən yüzlərlə insanla sanki birbaşa ünsiyyətdə olursan, onların həyatındakı mənalı maraqlı məqamlarla rastlaşırsan. Təbəssüm, təəccüb dolu simalar, unudulmaz səhnələr bir-birini əvəz edir. Bu zaman xoş ovqatı sənə bəxş etdiyi üçün sənətkarların talelərində yaşanmış bir anı, məqamı oxucuya çatdırdığı üçün Əkrəm Qaflanoğlunun ünvanına minnətdarlıq dolu duyğularını izhar edirsən: Əkrəm, dayanma, yenə axtar, yenə tap, yenə yaz, yenə nəşr et!” Əminəm ki, istedad zəhmətin bəhrəsi olan bu kitab da oxucular tərəfindən məhəbbət maraqla qarşılanacaq.

 





23.06.2014    çap et  çap et