525.Az

Samir Pişnamazzadənin ölümünə səbəb olan sürücü həbs edildi


 

Samir Pişnamazzadənin ölümünə səbəb olan sürücü həbs edildi<b style="color:red"></b> Baş Prokurorluq Gəncə Regional Elmi Mərkəzinin elmi işlər üzrə müdir müavini Samir Pişnamazzadənin ölümü ilə nəticələnən yol qəzasını törədən sürücünün həbs edilməsi ilə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun 20-də saat 23:30 radələrində Gəncə şəhər sakini Məmmədbağır Bağırov idarə etdiyi “Mercedes Benz” markalı, 20-DF-550 dövlət nömrə nişanlı  avtomobillə Gəncə şəhərinin İsmət Qayıbov küçəsində hərəkətdə olarkən yolu keçmək istəyən piyada Samir Pişnamazzadəni vurub, nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
 
Faktla bağlı  Gəncə şəhər Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. M. Bağırov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq davam etdirilir.
 





23.06.2014    çap et  çap et