525.Az

Yazıçıların bəyanatı - Tam mətn


 

Yazıçıların bəyanatı - <b style="color:red">Tam mətn</b>

Azərbaycan Yazıçılar Birliyinin 80 illik yubileyində İraqın şimalında yaşanan hadisələrlə bağlı bəyanat səslənib.

525.az bəyanatın tam mətnini olduğu kimi təqdim edir.

Dünyanın ən qədim sivilizasiyalarından  birinin beşiyi olmuş, insanlıq tarixini böyük maddi və mənəviyyat abidələri ilə zənginləşdirmiş İraq torpağında  bu günlərdə ağır bir insanlıq dramı yaşanır, Quzey İraq yenə qanlı döyüşlər, zülm və zorakılıq səhnəsinə çevrilmişdir. İslam və din adına ortaya atılan, əslində isə İslam düşmənlərinin qurduğu planları həyata keçirən silahlı quldurlar, terrorçu ordu ölkənin şimalında şəhərləri, yaşayış məntəqələrini vəhşiliklə işğal edir, dinc əhalini insanlığa yaraşmayan şəkildə məhv edir və ya yerindən-yurdundan qoparıb malına-mülkünə əl qoyur. Son illərdə bölgə peşmərgələrin min cur zülmünü görmüş İraq türkmanları bu dəfə də yeni bir quldur orduyla üz-üzə qalmışdır.   Mosulda Türkiyə Cümhuriyyəti konsulosu əməkdaşlarının girov göturulməsi, yüzlərlə türkmən qardaşımızın öldürülməsi göstərir ki bu dəfə də hədəf türk millətidir. İşgal edilən şəhərləri tərk etmək məcburiyyətində qalmış yüz minlərlə türkmanın harayına səs verən yoxdur. Təəssüf ki,  bölgənin əsas gücü olan Türkiyə Cümhuriyyəti də bu faciə qarşısında səssiz qalmışdır.
      Quzey İraqla, Kərküklə Azərbaycanı qan və ruh qohumluğu bağlayır. Biz Kərkük türklərini Azərbaycan türklərinin bir parçası sayır və onların faciəsini öz faciəmiz kimi qəbul edirik. Azərbaycan-türk ədəbiyyatına Füzuli kimi eşq, gözəllik, barış və xoşgörü dahisini vermiş bir xalqın taleyinə  heç bir Azərbaycan yazıçısı biganə qala bilməz. Dünyanın İraq türkman xalqının faciəsinə göz yumması, böyük güclərin bölgə ilə bağlı siyasətinə kölgə salır və onun gizli mahiyyətini açır.

     Biz tarixən öz yüksək humanist ideyaları, demokratizmi ilə seçilmiş Azərbaycan-türk ədəbiyyatının təmsilçiləri olaraq İraqda yaşayan qardaşlarımızın səsinə səs verir və onlara yönəli bu işğal və qırğın siyasətinin durdurulmasını tələb edirik.

 





23.06.2014    çap et  çap et