525.Az

Mərdliyin profilləri - C. F. Kennedi


 

İngiliscədən Telman Orucov tərcümə edib

Mərdliyin profilləri - <b style="color:red">C. F. Kennedi</b>

(Əvvəli ötən şənbə sayımızda)

Corc Norris Prezidentin qıcıqlandırıcı ittihamını özlərinin dediyi kimi, vicdanla öz vəzifəsini yerinə yetirməyə cəhd edən adamlara qarşı ciddi ədalətsizlik adlandırırdı; lakin alman mətbuatı tərəfindən onların üstünə tökülən bədbəxt köməksiz tərif istisna olmaqla, “Amerikan jurnalistikasının salnaməsində bənzəri olmayan epitetlər həmin adamların ünvanına yazılırdı”. LuisvillinCourier Journalqəzetinin sözlərinə görə, onlarlənətin əbədiliyiniqazanmışdılar. Konqress zalında kütləvi mitinq Norrisi onun kolleqalarınısatqın məzəmmətə layiqadamlar kimi məhkum etdi, onlarokeanlarda Ulduzları Zolaqları (ABŞ-ın dövlət bayrağıtərcüməçi) müdafiə etməkdən imtina etmişdilər”. Nyu-York meri başqa bir mitinqdə qışqıra-qışqıra deyirdi ki, “vaxt gəlib çatmışdır ki, bu ölkənin xalqı iki sinfəamerikalılara satqınlara bölünsünlər”.

HatfordunCourantqəzeti onlarısiyasi avaralaradlandırırdı Nyu-YorkunSunqəzeti Birləşmiş Ştatların on iki Senatorunaəxlaq pozğunları qrupuyarlığını vurmuşdu. ProvidensinJournal”-i onların hərəkətinixəyanətdən bir qədər gödəkadlandırırdı New York Timesbelə xarakterizə edirdi ki, “xəyanətkar niyyətin biabırçılığı əbədi olaraq onların adının üstündə qalacaqdır”. Nyu-YorkunHeraldqəzeti əvvəlcədən xəbər verirdi ki, “əgər adları tarixə düşməsə, onlar xoşbəxt olacaqlar, yoxsa Benedikt Arnoldunku kimi həmin adlar mötərizəyə alınardı”.

Sonrakı onilliklərdə Senator Norris onun müstəqil dilə gətirilən nöqteyi-nəzərlərinin üstünə atılan zəruri rəhmsiz təhqirlərə qarşı dayanmağı öyrəndi. Senat zalının özündə o, “bolşevik”, irəliləyişin düşməni, satqın daha kimi sözlərlə adlandırılacaqdı. Lakin bu vaxt sərt söyüş sözləri köhnə dostlarının onu tərk etməsi ona ağır yara vurdu. Bir günorta vaxtı bir neçə sərnişinkiçik vaqonda Vaşinqtonu tərk edəndə, Norris La Follette onların yanında oturdular. Onun poçtu təhqiramiz idi, bir neçə məktubdakı eskizlər onu alman uniformasında medalları ilə təsvir edirdi.

Nebraska mətbuatı öz gənc Senatorunun məhkum edilməsinə qoşuldu. Omaha “World Herald” (bu qəzet birinci səhifədəVətəndaş müharibəsi dövründən Böyük Böhranda tərəddüd qaydasında hərəkət edən on iki Senatorun siyahısını vermişdi) haray çəkirdi ki, “hansısa bir adam onun düşüncəsinə inana bilərdimi ki, Amerikan hökuməti bu təhqirləri ram edib, tabe edə bilər?”

Vilsonun başçılığı altında mütləqiyyət monarxiyasının qurulması barədə Norrisin qorxusu bir ağılsızlıq idi” – bunu LinkolnunStarqəzeti demişdi. “Bəlkə bu zarafatdır. Əgər zarafat deyilsə, mister Norrisin dostları onun əqli vəziyyətinə qayğı göstərməlidirlər”. OhamanınBeeqəzeti onun Prezident hakimiyyətindən qorxusunuSenatorun sağlam düşüncəsinə olan azacıq etibarı əks etdirməsikimi düşünürdü.

Vaşinqtonda buna inanırdılar ki, Nebraskadan olan təzə adamı onun vicdanı idarə edir, bir Vaşinqton müxbirinin sözləri ilə deyilsə, bu, onuöz siyasi ölümünəaparacaqdır. Qəzəblənmiş Nebraska ştat Qanunvericiliyi sevincli həvəslə qətnaməni qəbul etməklə, ştatın Prezident Vilsona onun siyasətinə etimadını nümayiş etdirdi.

Corc Norrisöz xalqım məni məhkum etdi... belə düşündü ki, mən ştatımı təmsil etmirəmsözlərini deyərək, darıxdırıcılığa yaxın bir şəkildə kədərləndi. Populyarlığın onun standartı olmamasına baxmayaraq, cəhd etdi ki, sonralar yazdığı kimi, öz karyerası boyumən ürəyimdə inanırdım ki, xalqım üçün böyük ölçüdə düzgündürsə onları edim”. Beləliklə, “əgər onlar məni istəmirlərsə, Nebraska xalqını təmsil etməyəkönülsüz olmaqla, o, dramatik bir qərar verməyə gəlib çıxdıo, Senatdan azad olmasını xüsusi geri çağırılma seçkisinə tabe olacağını təklif etdi ki, “qoy seçicilərim onları Vaşinqtonda təmsil edib, etməməyimi qərara alsınlar”. Qubernatora Respublikaçıların ştat sədrinə məktubunda o, xüsusi seçki keçirilməsini israr edirdi, onun nəticəsi ilə kənara çəkilməyə hətta Konstitusiya hüquqları onu geri çağırılmaqdan mühafizə etsə belə, bundan imtina etməyə razılıq verdi.

Senatda təəccüblənən dostlarının, isteriyanın yaxşı maliyyələşdirilmiş müxalifətin onun məğlubiyyətinə əmin olması, müharibə üçün mandat almaq kimi başa düşülməsi variantından qorxunu bölüşməklə, o, öz məktubunda Qubernatora təkid edirdi ki, “əgər rəsmi davranışım onların istəklərinə əksdirsə, Nebraska xalqını təmsil etməyə heç bir arzum yoxdur”.

Aldığım məhkumluq... mənə göstərir ki, güclü imkan vardır ki, getdiyim kurs təmsil etdiyim xalqı qane etmir elə görünür ki, düz olan yalnız elə bir məsələdir ki, onların qərarına tabe olacaqdır.

Ancaq mən hətta seçicilərin yekdil tələbi ilə öz vəzifə andıma, Konqressin müharibə elan etmək hüququna yeganə sahib olduğu mənasına tabe olaraq, zor edə bilmərəm... Əgər mən bunu etməkdən imtina etməklə Nebraska xalqının arzularının əleyhinə gedirəmsə, onda mən geri çağırılmalıyam bu yeri doldurmaq üçün başqa birisi seçilməlidir... Buna baxmayaraq, mən möhkəm qaydada öz xəttimin düzgün olduğuna inanıram, əgər ölkənin fərasətli vətənpərvər vətəndaşlığı yalnız məsələnin hər iki tərəfini eşitmək imkanına malik olsa, xristianlığın bütün qulları bütün siyasi maşınlar, sərvət yığıla bilsə, bizim əcdadlarımızın uğrunda vuruşduğu hökumət prinsiplərini məğlub edə bilməyəcəyinə inanıram... əgər mən səhvəmsə, onda mən təkcə vəzifədən getməyə borclu deyiləm, lakin mən bunu etməyi arzulayıram. Əgər mən rəsmi hərəkətlərimdə qəzet kombinasiyasının diqtəsinə ya hətta Birləşmiş Ştatlar Prezidentinin rezin möhürü naminə kor-koranə əməl etməyi gözləməliyəmsə, onda bu ictimai vəzifəni tutmağa mənim heç bir arzum yoxdur”.

Senator öz mövqeyinin izahını Linkolnda açıq mitinqdə elan etsə , mətbuat öz vətəninə səfəri vaxtı ona əsasən məhəl qoymurdu. Respublikaçıların Milli Komitə üzvü olmağa cəhd edəndə, o, mitinqdə sədr kimi hərəkət etməli idi, bir ləyaqətli centlmen onu xəbərdar etmişdi ki, “bu mitinqi narazılıq baş vermədən keçirmək mümkün olmayacaqdır. Mən düşünürəm ki, mitinq pozulacaqdır ya ən azı sən elə dost olmayan auditoriyaya malik olacaqsan ki, bu sənə anlaşıqlı çıxış etməyə imkan verməyəcəkdir”. Dostlarından biri ona təlqin edirdi ki, xəstəliyini bəhanə gətirib yığıncağı ləğv etsin, Norrisə deyirdi ki, belə yüksək coşqunluq vaxtı o, Nebraskaya qayıtmaqla ən kədərli səhv etmişdir. Digərləri bildirirdilər ki, bütün auditoriyaya təşviqatçılar dağılacaqlar ki, onun arqumentlərinin təqdimatını qeyri-mümkün etsinlər Senatora deyirdilər ki, obstruksiyanın sonrakı intensivləşdiyi vaxtdan üç Amerikan ticarət gəmisi torpedo zərbəsinə məruz qalmışdır, bu hadisə onun seçicilərinin qəzəbini daha da artırmışdır. “Mən həyatımda elə bir günü xatırlaya bilmərəm ki,” – Senator öz tərcümeyi-halında yazırdı, – “o vaxt mən yalnız ruh düşkünlüyünü hiss etməkdən daha çox əzab çəkmişdim. Dostlarım məni inandırmağa çalışırdılar ki, Nebraska əhalisi demək olar ki, yekdilliklə mənə qarşıdır”.

Sədrlik etmək üçün bircə dosta ya tərəfdara malik olmağa qadir olmamasına baxmayaraq, Norris iclası keçirməyi qərara aldı. “Mən özüm zalı kirayəyə götürdüm” – o, özünün tərk olunmuş otel otağında yeganə reportyora demişdi: “ bu, mənim iclasım olmalı idi. Heç kəsə xahiş etmədim ki, mənə ya fəaliyyətimə sponsorluq etsin. Lakin mən nəyə görəsə üzr istəməyəcəyəm heç nəyi geriyə götürən deyiləm”.

Gözəl bahar axşamı otelindən şəhər iclas zalına gedəndə, Norris narahat şəkildə qeyd etdi ki, üç mindən artıq adamrazılaşanlar, bədbinliklə maraqla yanaşanlarauditoriya zalını doldurmuşdular, çoxları skamya cərgələri arasında küçədə dayanmışdılar. Sakit, lakin bir qədər titrəyə-titrəyə səhnəyə onların qarşısına çıxdı, bir qədər dinməz dayandı, iri qara kostyumda ayaqqabı bağına bənzəyən nazik qara qalstukda olan bir fiquraya gözlər dikilmişdi. “Mən dost olmayan auditoriyanı gözləyirdim” – o, yazırdı – “ müəyyən qorxu ilə irəli addımladım. Auditoriya zalının arxasına girəndə oradan səhnəyə çıxanda, burada ölü bir sakitlik var idi. Ancaq mən alqış gözləmirdim; sevindim ki, məni fitə basmırlar”.

Özünün sadə, sakit, həm gərgin üslubunda Senator Norris sadə bir kəlmə ilə çıxışına başladı: “Mən vətənə gəlmişəm ki, sizə həqiqəti deyim”.

Qəflətən auditoriyadakı bütün skamyalardan alqış partlayışı eşidildi. Mənim həyatım boyu heç vaxt alqış mənə indiki kimi belə xoş gəlməmişdi... Bu ümumi xalqın ürəyindəkilər idi, belə bir inam idi ki, auditoriyanın təmsil etməməyimin əsasında siyasi qüdrət təsir vardır, bu təbliğat barədə nəsə süni olan bir şey idi”.

Burada heç bir zorakılıq yox idi, natiqin sözünü heç bir kəsmək cəhdi yox idi, nəhəng kütlə, Norris öz tənqidçilərini qamçıladıqca, nəhəng sayda camaat qüdrətli şəkildə onu alqışlayırdı. Onun quru, sadə, lakin fasilə verməyən dili qəzəbinin sakit intensivliyi auditoriyanı əsir etmişdi. O, israr etdikcə ki, onların qəzetləri oxucularına heç faktları vermir o, indiyədək unudulmuş obstruksiyadakı rolundan kənarda dayanmasının əksinə həyəcan qaldırırlar, o, istəyirdi ki, bu yada salınsın. Nyu-York auditoriyasının yarısından çoxu onu axşam paltarında olduğuna görə fitə basmışdı. O, buna sarkazmla cavab verdi onlardan, qədərinin vuruşmağa ya uşaqlarını müharibəyə göndərməyə hazır olduğunu soruşdu:

Əlbəttə, əgər pudellər (it cinsitərcüməçi) əsgərlərə çevrilsəydilər, həmin auditoriya bütöv bir alayla təchiz edə bilərdi. Mənim kolleqam iki saat yarım billin xeyrinə danışdı qəhrəman adlandırıldı. Mən bir saat yarım bill əleyhinə danışdım satqın adlandırıldım. Hətta baxmayaraq ki, sən deyirsən ki, mən düz deyiləm, hətta sən əminliklə hiss edirsən ki, mən Prezidentin tərəfini saxlamalıydım, zaman gəlib çıxmışdırmı ki, bu vaxt Senatda öz rəylərimizi hətta ifadə edə bilməyək, biz belə məsələləri müzakirə etməyə, pullu maraqlar tərəfindən satqınlar yarlığı vurulmadan oraya göndərilək? Mən, satqın ittihamı istisna olmaqla, istənilən ittiham altında sarsılmadan ayağa qalxa öz həbimi götürə bilərəm. Bütöv ingilis dilində, dünyanın bütün dillərində siz bunun qədər lənətləndirici bir söz tapa bilməzsiniz”.

Bir saatdan çox vaxt keçdikdən sonra camaat öz bəyənmə nidalarını qışqırırdı. Qəzetləri inandırmaq o qədər asan deyildi ya onlar unutmağa o qədər hazır deyildilər. “World Heralddemişdi ki, “onun yaxşı hazırlanmış səmimi izahatı səfeh bir mənasızlıq,... dəlicəsinə bir bəyanat idi”. “Onlar xalqa nifrət əlaməti idi”. “Senator məsələnin tələb etdiyindən çox az bir vaxtı mitinqdə keçirdi” – “State Journalbelə yazırdı. “O, tənqidçilərinin onun tarazlığını narahat etmələrinə imkan verməyəcəkdir”.

Lakin Senator Norrisdən xahiş edilmişdi ki, onun hiss etdiyi həqiqi məsələləri izah etmək üçün müxtəlif qrupların qarşısına çıxsın, bütün ştat boyu onu alqışladıqlarını görsün; Qubernator elan etmişdi ki, o, Qanunvericilikdən xahiş etməyəcəkdir ki, xüsusi geri çağırılma seçkisini keçirmək üçün səlahiyyət versin, Senator Vaşinqtona qayıtdı ki, hələ tamam kəsilməmiş təhqirlərə qarşı daha yaxşı dayana bilsin.

Sonrakı on bir il ərzində Corc Norrisin şöhrəti siyasi xoşbəxtliyi artmışdı. 1928-ci ildə Respublikaçılar partiyası ilə onun administrasiyası ilə fərqliliyin saxlanmasının əksinə, Nebraska Senatoru partiyanın ən görkəmli üzvlərindən biri olaraq qalırdı, Senatın Ədalət Komitəsinin sədri Prezidentliyə potensial namizəd idi. Lakin Norris özü sonrakı məlumatlarında istehza qaydasında yazırdı:

(Ardı var)

 





23.06.2014    çap et  çap et