525.Az

Qadınlar zamanın yaddaş cədvəlində


 

Qadınlar zamanın yaddaş cədvəlində<b style="color:red"></b>

(Əvvəli ötən şənbə sayımızda)

   

Onlar yalnız öz fədakarlıqlarına görə məşhurlaşmışdılar. Onlar ani şəraitin diqtəsi ilə deyil, öz ailə borclarını, nikahın müqəddəsliyinə itaət etdiklərini ön plana çəkərək, belə qəhrəmanlığa əl atmışdılar. Rus şairi Nikolay Nekrasov onlarıRus qadınlarıpoemasında tərənnüm etmişdi. Onların mənəvi obrazları bəlkə Homerin füsunkar Yelenasından da daha cazibədar idi.

Qadınlar təkcə mərhəmətlilik nümunəsi deyillər, onlar qisas almaq fikrinə düşdükdə, zəhəri ilə düşməni məhv edən ilandan da qəddar hərəkət etməkdən çəkinmirlər. Onlar heç qətlə əl atmırlar, lakin kiminsə ömrünə zəhər qatmaqla, onu qəbirə gömülməyə qədər izləyir, zərbələrinin ardını kəsmirlər. Belə qadınlardan biri olan peterburqlu əcnəbi qızı İdaliya Poletika, Puşkinin həyatına son qoyulmasında bilavasitə iştirak etməsə , Jorj Dantes kimi onu ölümcül yaralayan gülləni atmasa da, bu atəşin açılmasını reallaşdırmaq üçün çox görmüş, bütün məkrdühasınıişə salmışdı.

A.S.Puşkin arvadı Natalya Nikolayevna ilə Dantesin yaxınlığı barədə şayiələrə görə, xanımının özünün şərəfini qorumaq üçün Dantesi duelə çağırmışdı. Bu şayiələrin yayılmasında, həm Danteslə Natalyanın münasibətləriniqaydayasalmaq üçün İdaliyanınzəhmətiaz olmamışdı.

Dantes həm Puşkinin bacanağı, Natalya Nikolayevnanın bacısının əri idi. Bir sıra səbəbləri nəzərə alaraq dueldən imtina etməyə çalışmışdı. Lakin şairin təkidi ilə 1837-ci ilin yanvarında həmin dueldə Puşkin ağır yaralanmış az sonra ölmüşdü.

Sonra vicdanlı şəxs kimi tanınan Lanskoyun başçılıq etdiyi zabit şərəfi məhkəməsi bu ölüm hadisəsində Dantesin təqsirsiz olduğu qənaətinə gəlmişdi. Bu həmin Lanskoydur ki, sonralar Natalya Nikolayevnaya evlənmiş, onların övladları da olmuşdu.

Rus tədqiqatçıları, səriştəli puşkinistlər Natalya Nikolayevnanın şərəfinin ləkəsiz olduğu qərarına gəlmiş, bu qadının xatirəsinə kiminsə daş atmasını, hətta buna cəhd etməsini bağışlanmaz bir qəbahət hesab etmişlər.

Lakin Puşkinin Dantesi duelə çağırması da sadəcə şıltaqlıq əlaməti deyildi, şayiələr onun mənliyini əzirdi. Bu şayiələri yaymaqda İdaliya kimi öz çirkin məqsədlərini güdənlərin mövcudluğunu inkar etmək olmaz. Bəs İdaliyanı buna sövq edən, düşmənçiliyə gətirib çıxaran səbəb idi?

Həmin dövrlərdə Peterburqda kübar qızlar, qadınlar əylənmək üçün evlərində ballar təşkil edirdilər. Bu ballara çox vaxt Puşkin dəvət olunurdu, onun istedadı artıq hamıya yaxşı bəlli idi. Balı keçirən sahibələrin albomlarına o, bədahətən qoşduğu panegirik şeirlər yazırdı bu parçalar sonralar ən yüksək poeziya nümunələri kimi məşhurlaşırdı. İdaliya Poletika da ənənəyə müvafiq olaraq, digər rəfiqələri kimi belə bir bal təşkil etmişdi. Məclisin qonağı olan Puşkinə albomunu təqdim edib, ora nəsə bir şey yazmağını xahiş etdi. Şair xahişdən imtina etməyib, özü üçün ən bəlalı yolu seçdi. O, alboma tərif dolu, mədhiyyə xarakterli poetik sözlər yazdı, İdaliyanı bu şeirdə ən gözəl nəcib qız kimi təsvir etdi. Ev sahibəsi çox razı qalmışdı albomu lovğalıqla digər qonaqlara göstərmişdi. Birdən salonda bərkdən səslənən gülüş səsləri eşidildi. İdaliya gülənlərə yaxınlaşdıqda, onlar albomda şairin imzasının altındakı tarixi göstərdilər. Puşkin həmin günün dəqiq tarixi əvəzinə “1 aprelsözlərini yazmışdı. İdaliya buna əvvəlcə diqqət verməmişdi, belə işarə isə yazılanların hamısının yalan olduğunu bildirirdi. Puşkinin belə hədyan, təhqiramiz hərəkətini olduğu kimi qəbul edən İdaliya bu vaxt ondan qisas alacağına and içdi.

Beləliklə, Puşkin yolverilməz acı bir zarafatla, özünə təsəvvür edə bilmədiyi dəhşətli bir düşmən qazandı. İdaliya qisas üçün hər şeyə hazır idi. Nataliya Nikolayevna ilə Dantesin öz təxəyyülundəki yaxınlığına nail olmaq üçün dəridən-qabıqdan çıxırdı. Şayiələrin böyüməsi üçün hər şeyə əl atırdı. Puşkin isə bu şayiələrin qurbanına çevrilməkdən yayına bilmədi ən bədbəxt qərarını verib, Dantesi duelə çağırdı.

İdaliyanın qəzəbi Puşkin öləndən sonra da soyumadı. Odessada şairə Rusiyada ilk dəfə olaraq heykəl qoyulmuşdu. Bir dəfə İdaliya Poletika həmin abidənin yanından keçəndə, nifrətlə ona tüpürmüşdü.

   

XX əsrdəki bəzi qadınlar

   

Polyak xalqı Kleopatraya bənzəyən, vətəni naminə Fransa imperatoru Napoleon üçün məşuqəliyə razı olan Mariya Valevskayaya, əlbəttə, hörmətlə yanaşmalıdır. Lakin Polşanı daha məşhurlaşdıran bir qadın elmdə böyük kəşflər etmişdi. Mariya Sklodovskaya-Küri XIX əsrin sonunda Parisdə işləməyə başlamış, lakin XX əsrdə daha böyük şöhrət qazanmışdı. Görkəmli fizik kimyaçı olmaqla Mariya Sklodovskaya-Küri radikativlik təliminin yaradıcılarından biri idi. Əri Pyer Küri ilə birlikdə polonium radium elementlərini kəşf etmiş, birincini öz vətəni Polşanın şərəfinə belə adlandırmışdı. O, radioaktiv şüalanmanı tədqiq edərkən, “radioaktivlikterminini elmə gətirmişdi. 1903- ildə əri ilə birlikdə Nobel mükafatına layiq görülmüşdü. 1910-cu ildə kimya elmi üzrə ikinci dəfə Nobel mükafatı almışdı. Onun qızı İren Küri qızının əri Fredrik Jolio- Küri sonralar Nobel mükafatına layiq görülmüşdülər. Kürilər ailəsindən olan dörd nəfər dünya şöhrətli alim beş Nobel mükafatının sahibi olmuşdu.

İkinci Dünya müharibəsində Hitler Almaniyasına militarist Yaponiyaya qarşı vuruşan Müttəfiq dövlətlərinİngiltərə, SSRİ ABŞ-ın rəhbərləribaş nazir Uinston Çörçillin, sosialist ölkəsinin lideri İosif Stalinin prezident Franklin Delano Ruzveltin ailələrində müxtəlif vaxtlarda müəyyən  çətinliklər yaranmış, yəqin ki, bundan onların özləri əziyyət çəkməmiş deyildilər. XX əsrin 30-cu illərində Çörçill ancaq İcmalar Palatasının üzvü kimi siyasi fəaliyyət göstərirdi, bu vaxt onun arvadı Klementina bir varlı adama qoşulub, gəmi ilə Sakit okeana uzunmüddətli səfərə çıxmışdı. Səfərdən qaydan arvadını görən Çörçill buna çox sevinmişdi, deyəsən arvadının ailəsinə qayıdacağına da ümidini itiribmiş. Stalinin arvadı Nadejda Alilluyeva 1932-ci ilin noyabrında tapança gülləsi ilə özünü öldürmüşdü. Ruzveltin xanımı Eleanor beş uşaq anası olmaqla yanaşı, onun dörd oğlu İkinci Dünya müharibəsi cəbhələrində vuruşmuşdu, bir jurnalist qadınla yaxınlıq etdiyinə görə, onun lesbiyalı şairə Sapfonun ardıcılı olması barədə söz-söhbətlər gəzirdi.

Maraqlı ziddiyyətli şəxsiyyətlərdən biri Filippin prezidentinin arvadı İmelda Markosdur. Bu qadının öz ölkəsində mədəniyyətin, səhiyyənin inkişafında, müvafiq sosial infrastrukturanın yaradılmasında böyük xidmətləri olmuşdu, axı o, həm bir müddət ölkənin paytaxtı Manilanın qubernatoru olmuşdu.

İmelda 18 yaşı olanda gözəllik kraliçası hesab edilmiş, “Miss Filippintituluna layiq görülmüşdü. 1954- ildə siyasətçi Ferdinand Markosla evlənmiş, on bir il sonra əri Filippinin prezidenti seçilmişdi. Birinci ledi kimi bir çox sosial mədəni proqramların təşəbbüsçüsü himayəçisi olmuşdu. Filippin baleti xeyli dərəcədə onun səylərinə borcludur. Onun təşəbbüsü ilə bir çox mühüm binalar tikilmişdi. Filippin kardioloji mərkəzi, pulmonoloji mərkəz, nefroloji (böyrək xəstəlikləri) institutu, beynəlxalq konqres mərkəzi, folklor teatrı, tarix mədəniyyət parkı, Manila kino mərkəzi onun adı ilə bağlıdır. Milyonlarla sadə filippinlilər onu sevirdilər.

Ərinin tərcümeyi-halındakı kölgəli cəhətlər onun da nüfuzuna müəyyən qaydada öz təsirini göstərmişdi. Markosun İkinci Dünya müharibəsi illərində yapon işğalçılarına qarşı qəhrəmancasına mübarizə aparması barədəki iddiaların sonralar saxta olduğu aşkar edilmşdi. O, 1986- ildə vaxtından əvvəl keçirilən seçkilərdə qalib gəlmiş Korason Akinaya uduzduqdan bir il sonra ölkədən qovulduqda, Havay adalarında yaşamış, iki il sonra isə orada 72 yaşında vəfat etmişdi.

İmelda Markosun özünə qarşı olan iddialara dəfələrlə məhkəmələrdə baxılmış o, hər dəfə bəraət almışdı. Ona görə vətəninə qayıtdıqdan sonra üç dəfə ölkə parlamentinə üzv seçilmişdi.

Xarakterinin gücünə sərtliliyinə görə, həm bunlar onun gözəlliyi zərifliyi ilə vəhdətdə olduğundan, İmelda Markosa bəzənpolad kəpənəkdeyirdilər. Bu qadının şəxsi əşyalar əldə etməyə mülkiyyətə sahib olmağa aludəçiliyi qeyd olunurdu, onun tuflilərinin üç rəqəmli sayda olduğu misal gətirilirdi. Bunlar da onun ölkəsi qarşısındakı xidmətlərinin üstündən xətt çəkə bilmədi.

 

Epiloq

   

Qadınlar haqqında indiyədək çox sayda odalar yazılmış söylənmiş, dünyanın ən məşhur yazıçıları, rəssamları, bəstəkarları zərif cinsə mənsub olanların gözəlliyi onların döyüş səhnəsi olan məhəbbət aləmindəki qəhrəmanlarını vəsf etmək üçün istedadlarını işə salmış, qələmlərini fırçalarını sınamışlar. İlk dəfə dünya poeziyasının banisi Homer özününİliadasında füsunkar Yelenanı tərənnüm etməklə, min illər boyu ona pərəstiş hisslərinin meydana gəlməsinə səbəb olmuşdu. Homer qeyd edirdi ki, ahıl kişilər Yelenaya baxıb deyirdilər: “Əgər bu səadət bizə gənclik illərimizdə nəsib olsaydı, onda yaşamağa yenidən başlamağa dəyərdi. Bu qadın bütün Elladada dillərdə əzbərdir, hətta lallar başlarını tərpətməklə bir-biri ilə onun gözəlliyi haqqında danışırlar”.

Övidı özününMəhəbbət sənətipoemasında qadınların məhəbbət döyüşündə qalib gəlib, sonra da təslim olmaq üçün sayı-hesabı olmayan silahlardan istifadə etdiklərini yada salır. Füzulinin Leylisi İbn Salama ərə getsə , ona vurulan Məcnunu unuda bilmir. Şekspirin Cülyettası isə Romeo ilə məhəbbətin şirinliyini bir dadmaq üçün ən qorxulu fədakarlığa əl atır, Romeonu ölmüş gördükdən sonra, özünü ölümün pəncəsinə atır. Dantesin Beatriçası, Petrarkanın Laurası təxəyyülün bəhrəsi, platonik məhəbbətin rəmzləri olsalar da, təsir gücündən məhrum olan minlərlə qadınlardan daha real, daha cazibədar görünürlər. Bayron şairin qeyri-real məhəbbətinə haqq qazandıraraq yazırdı ki, “Siz fikirləşirsiniz ki, Laura əgər Petrarkanın arvadı olsaydı, məgər o, bütün həyatı boyu ona sonetlər yazardımı?”

Əfsanəvi heykəltəraş Piqmalion mərmərdən yonduğu Qalateyasının gözəlliyinə elə vurulmuşdu ki, allahlardan ona nəfəs, canlı həyat verməyi xahiş etmişdi. İlahə Afrodita Qalateyanı diriltmiş Piqmalion ona evlənmişdi. Məhəbbətin gücü belə möcüzələrə səbəb ola bilir.

Təəssüf ki, səcdə obyekti olan qadın gözəlliyi az ömürlüdür, axı zanbaq da əbədi çiçək açmır, qızılgül isə ləçəklərini töküb quruyanda, öz tikanlarını göstərir. Lakin bu da yaxşı məlumdur ki, gözəl baharın mülayim payızı olur bu, labüd olaraq yaxılaşan qışı da ləngidə bilir. Gözəl qadın təbiətin ona bəxş etdiklərini bütünlüklə qoruyub saxlaya bilməsə , axı illər öz amansız işini, dağıdıcı, məhvedici fəaliyyətini görməmiş qalmır, gözəllik bütünlüklə yoxa çıxmır, onun zəngin keçmişi yada salan hansısa kölgəsi özünü saxlamaqda davam edir.

(Ardı var) 

 





23.06.2014    çap et  çap et