525.Az

Erməni deputatlar yenidən Bakıya gələcək


 

Erməni deputatlar yenidən Bakıya gələcək<b style="color:red"></b>

Ermənistan parlamentinin üzvlərindən ibarət nümayəndə heyəti iyunun 27-də Bakıya gələcək.

Azərbaycan Milli Məclisindən APA-ya verilən məlumata görə, erməni deputatlar ATƏT Parlament Assambleyasının Bakıda keçiriləcək 23-cü yay sessiyasında iştirak edəcəklər.
 
Nümayəndə heyəti Ermənistanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyan, deputatlar Stepan Dəmirçyan, Stepan Marqaryan və Levon Doxolyandan ibarətdir.
 
Qeyd edək ki, ATƏT PA-nın Bakı sessiyası iyunun 28-dən iyulun 2-nə qədər keçiriləcək. İyunun 28-29-da komitə iclasları olacaq, iyulun 1-də isə assambleyanın yay sessiyasının plenar iclası başlayacaq.
 
İyunun 30-da isə Ukrayna ilə bağlı debatların keçirilməsi gözlənilir.
 

 





23.06.2014    çap et  çap et