525.Az

Külək nə vaxta qədər əsəcək?


 

Külək nə vaxta qədər əsəcək?<b style="color:red"></b>

Bakıda və Abşeron yarımadasında iyunun 24-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-23, gündüz 25-30 dərəcə isti olacaq.
 

Azərbaycanın rayonlarında sabah gecə və axşam saatlarında şimşək çaxacağı, əsasən dağlıq və dağətəyi rayonlarda yağış yağacağı ehtimalı var. Güclü qərb qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 19-24, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.
 
İyunun 25-i gündüzə qədər Abşeron yarımadasında güclü küləyin əsməsi meteohəssas insanlar üçün əlverişsizdir.

 





23.06.2014    çap et  çap et