525.Az

“Messiyə deyin, başqa planetə getsin, bizə qələbə lazımdır"


 

“Messiyə deyin, başqa planetə getsin, bizə qələbə lazımdır"<b style="color:red"></b>

Nigeriya millisinin qapıçısı Vinsent Enyeama DÇ-2014-ün Argentina ilə qrupda keçirəcəkləri son oyunla bağlı fikirlərini açıqlayıb.

Qol.Az-ın xəbərinə görə, jurnalistlərə açıqlamasında o bildirib ki, onların Messinin oynayacağı komandaya qalib gəlməsi mümkün deyil.

“Biz yalnız bir halda qələbə qazana bilərik: əgər Messini başqa planetə göndərilsə. Xahiş edirəm, Messiyə deyin, başqa planetə getsin, bizə qələbə lazımdır” – deyə o bildirib.

Xatırladaq ki, bu komandalar arasında qarşılaşma iyunun 25-də keçiriləcək. Altı xalı olan Argentina artıq 1/8 finala vəsiqəni təmin edib. Dörd xala malik Nigeriya isə təkcə qələbə deyil, bir xal qazanacağı təqdirdə belə, pley-off-da oynamaq şansı qazanacaq.

 





23.06.2014    çap et  çap et